Fərhad Abdullayev: Konstitusiya Məhkəməsinin 25 illiyinə həsr olunan beynəlxalq konfrans keçirilir

Fərhad Abdullayev: Konstitusiya Məhkəməsinin 25 illiyinə həsr olunan beynəlxalq konfrans keçirilir


Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevdir.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Fərhad Abdullayevin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Fərhad Abdullayev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Fərhad Abdullayev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Bakıda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25 illiyinə həsr olunan “Konstitusiya normalarının tətbiqi vasitəsilə qanunvericiliyin inkişafı” mövzusunda beynəlxalq konfrans keçirilir.

Tədbirdə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev və bir sıra dövlət orqanlarının rəhbərləri iştirak edirlər.

Əvvəlcə Fərhad Abdullayev Prezident İlham Əliyevin konfrans iştirakçılarına təbrik məktubunu oxuyub.

Konfransda Türkiyə Konstitusiya Məhkəməsinin sədri Zühtü Arslan “Fərdi şikayət: Türkiyədə son inkişaflar”, Serbiya Konstitusiya Məhkəməsinin sədri Snejana Markoviç “Əsas konstitusiya prinsiplərinin müdafiəsində Konstitusiya Məhkəməsinin rolu”, Qazaxıstan Konstitusiya Məhkəməsinin sədri Elvira Azimova “Qanunun aliliyi və insan hüquqlarının müdafiəsi üzrə öhdəliklərə əməl olunmasına konstitusiya nəzarətinin səmərəliyi”, Albaniya Konstitusiya Məhkəməsinin sədri Holta Zaçay “Albaniya Konstitusiya Məhkəməsi, məhkəmə islahatları və konstitusiya dəyişiklikləri fonunda - əldə edilmiş nəticə” mövzusunda məruzələrlə çıxış edəcəklər.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev - “Bu gün biz cəsarətlə deyə bilərik ki, Azərbaycanın güclü Silahlı Qüvvələri var, Azərbaycanın qəhrəman Milli Ordusu var, Azərbaycanın dəyərli generalları, zabitləri var, Azərbaycanın mətin, qəhrəman, hazırlıq keçmiş əsgərləri var.” Bu sözlər ulu öndər Heydər Əliyevə məxsusdur.

Ümummilli Lider 1994-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin 3-cü ildönümünə həsr olunmuş təntənəli yığıncaqda çıxış edərkən dediyi fikirlər böyük tarixi şəxsiyyətin uzaqgörənliyinin, qurub yaratdığı dövlətin bir zaman qəhrəman orduya malik olacağının nəzəriyyə deyil, real həyat həqiqəti olduğunun isbatıdır.

Azərbaycan Ordusunun çox yaxın tarixdə ən güclü ordulardan birinə çevriləcəyini bilən Ulu Öndər işğal altında olan torpaqlarımızın mütləq azad olunacağını və əsasını qoyduğu ordunun Zəfər dastanı yazacağını bilirdi.

Həyat çox nəzəriyyələri həqiqətə çevirib. Bu nəzəri baxış da 2020-ci ildə- İkinci Qarabağ savaşında həqiqətə çevrilərək Zəfər dastanının yazılması ilə başa çatdı. Qəhrəman Ordumuz Qarabağı işğaladan azad edərək çoxlarının xəyal belə etmədiyi bir qəhrəmanlıq epopeyasını yazmış oldu. Ordumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə elə bir Zəfərə imza atdı ki, dünya hərb tarixində belə qələbələr az-az olur.

Şuşanın azad olunması əməliyyatı hərb tarixinə yazılmış olmaqla bərabər, çoxlarında heyrət doğurdu. Xüsusi Təyinatlı Qüvvələrimizin doğma Şuşaya üçrəngli Azərbaycan bayrağını sancmasıyla yekunlaşan 44 günlük Vətən Müharibəsi Azərbaycan xalqının öz vətəni uğrunda mübarizə əzmini də, onun sarsılmaz iradəyə və diplomatiya aləmində xüsusi yeri və çəkisi olan rəhbərinin olduğunu da təsdiqləmiş oldu.

Bu əzm və iradə sayəsində “məğlubedilməz” erməni ordusu darmadağın edildi və Ermənistan rəhbərliyi kapitulyasiya aktını imzalamaq məcburiyyətində qaldı. Əsasını ulu öndər Heydər Əliyevin qoyduğu ordu quruculuğu prosesi öz bəhrəsini verməklə bərabər, Azərbaycan Ordusunun dünyanın 50 ən güclü ordusundan birinə çevrildiyinin hətta düşmənlərimiz tərəfindən də etirafı ilə nəticələndi.

Müharibənin gedişatı dövründə əsası qoyulan və müharibədən sonra yaradılan Komando Birliklərinin yaradılması ilə ordumuz daha da güclənmiş oldu. İndi Azərbaycan Ordusu daha güclü və modern, NATO standartlarına cavaba verən ordulardan biridir.

Prezident İlham Əliyev cari ilin 23 iyun tarixində Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin komando hərbi hissəsinə Döyüş bayrağının təqdim etmə mərasimində çıxışında qeyd etdi ki, “İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi daha geniş vüsət almışdır. Müharibədən sonra ordu quruculuğu üçün əlavə addımlar atılır və buna böyük ehtiyac var.”

Ölkə başçısının qeyd etdiyi kimi “Dünyada geosiyasi vəziyyət gərginləşir, bölgəmizdə yeni təhdidlər mövcuddur, Ermənistanda revanşist qüvvələr baş qaldırır. Bütün bunları nəzərə alaraq, Ordumuzun daha da gücləndirilməsi vəzifəsi bir nömrəli vəzifə olaraq qalır. Buna nail olmaq üçün kompleks tədbirlər görülür.”

Bəli hazırda dünyada gedən siyasi proseslər onu göstərir ki, indiki şəraitdə beynəlxalq hüquq işləmir, ikili yanaşmalar davam edir. Belə bir şəraitdə ordunun gücləndirilməsi başlıca şərt olaraq qalır. Ölkə başçısı cənab İlham Əliyev çıxışında qeyd etmişdir ki, Müdafiə Nazirliyinin strukturunun təkmilləşdirilməsi prosesi gedir və bu proses davam edir. Hərbi təhsillə bağlı qəbul edilmiş qərarlar yaxın gələcəkdə öz bəhrəsini verəcəkdir. Yeni döyüş birləşmələrinin yaradılması, ilk növbədə, Komando Qüvvələrinin yaradılması döyüş qabiliyyətimizin artırılması üçün önəmli amillərdən biridir.

Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan Ordusu müharibə dövründə qəhrəmanlıq və peşəkarlıq göstərmiş Azərbaycan Ordusundan daha da güclüdür. Bu gün Silahlı Qüvvələr vahid proqram əsasında inkişaf edir.

Ölkə başçısı silahlı qüvvələrin modernləşdirilməsi, yeni silahların alınması üçün vəsiatin ayrılmasından danışaraq qeyd etmişdir ki, güclü ordu yaradılması üçün hər cür imkanlardan istifadə edilir və vəsait ayrılmasında problem yoxdur: “Uğurlu iqtisadi siyasətimiz bizə imkan verir ki, ordu quruculuğuna, yeni silahların, yeni texnikaların alınmasına, yeni döyüş birləşmələrinin yaradılmasına lazımi dərəcədə dövlət vəsaiti ayrılsın.”

Cənab Prezident Azərbaycan Ordusunun mənəvi xüsusiyətlərə malik olduğunu, müharibədə bir dəfə də olsun mülki əhaliyə atəş açmadığını bildirmişdir. Ermənistan Ordusu isə bizim yaşayış məntəqələrimizi, dinc əhalini raketlərlə atəşə tutmuş, əhalinin sıx məskunlaşdığı böyük şəhərlərimizə raket atmaqla nə qədər qəddar olduqlarını, bəşəri dəyərlərə üstünlük vermədiklərini göstərmişdir.

Tarixi Zəfərdən sonra Azərbaycan regionda söz sahibinə çevrilmişdir. Bu gün Cənubi Qafqazın ən güclü ordusuna malik olsaq da bizim bir istəyimiz var, dinc yanaşı yaşamaq və iqtisadiyyatımızı möhkəmləndirmək, yüksək səviyyədə inkişafı təmin etmək.

Bu reallıqlar fonunda Ermənistanla münasibətlər hələ də gərgin olaraq qalır. Erməni havadarları sülh sazişinin imzalanmasına hər cür vasitələrlə mane olmağa cəhd edirlər. Ermənistandakı revanşist qüvvələr də bu vəziyyətdən yararlanmağa can atırlar. Lakin bütün bunlar mənasız cəhddən başqa bir şey deyildir.
Fərhad Abdullayev: Konstitusiya Məhkəməsinin 25 illiyinə həsr olunan beynəlxalq konfrans keçirilir

Cənab İlham Əliyev öz çıxışında ermənlərə və onların havadarlarına ünvanladığı mesajla Azərbaycanın şərtləri ilə razılaşmaq məcbuiryyətində olduqlarını bir daha xatırlatdı: “Bu gün bizə qarşı aparılan çirkin kampaniyanın heç bir əhəmiyyəti yoxdur və olmayacaq. Bizim iradəmizə heç kim təsir edə bilməz. Əgər Vətən müharibəsi dövründə bizim iradəmizə heç kim təsir edə bilmədisə, bu gün təbii ki, heç kim təsir edə bilməz. Yenə də deyirəm, biz haqq-ədaləti tələb edirik. Bu gün Ermənistanla aparılan sülh danışıqlarının yekunlaşması həm bizə lazımdır, həm də daha çox Ermənistana lazımdır. Bu sülh anlaşması beynəlxalq hüququn norma və prinsipləri əsasında imzalanmalıdır. Bu sülh anlaşmasında postmüharibə reallıqları nəzərə alınmalıdır. Bu, təbiidir. Biz qalib gəlmişik, biz qan tökmüşük, şəhidlər vermişik. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Biz öz torpağımızda müharibə aparmışıq və bu gün öz torpağımızda yaşayırıq və yaşayacağıq.”

Bu gün Qarabağ və Zəngəzur tikinti meydanıdır. Torpağın əsil sahibləri bu əraziləri abadlaşdırır, cənnətə çevirir. Artıq məcburi köçkünlərin Qarabağa qayıdışı prosesi sürətlə davam edir. Gözəl Şuşamızda üçrəngli Azərbaycan bayrağı dalğalanır. Xalqımız bu torpağın əsil sahibinin kim olduğunu dünya ictimayyətinə sübut etmişdir.

Ölkə başçısının qeyd etdiyi kimi, “Şuşa azad olunandan sonra Ermənistan dövləti və hökuməti öz məğlubiyyətini qəbul etməyə məcbur olmuşdur. Şuşa bizim gücümüzün, əyilməz ruhumuzun, qəhrəman hərbçilərimizin şücaətinin, qəhrəmanlığının təcəssümüdür”.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər