Türkiyə mətbuatı “Kəpəz”i Ermənistan komandası kimi təqdim edib – FOTO

Türkiyə mətbuatı “Kəpəz”i Ermənistan komandası kimi təqdim edib – FOTO








Onlar arasında “Hürriyet” və “Lig TV” kimi tanınmış saytlar da var

Türkiyə mətbuatı kobud səhvə yol verib.

Qonşu ölkənin bəzi idman portalları “Kəpəz”i Ermənistan klubu kimi təqdim edib.

Onlar arasında “Hürriyet” və “Lig TV” kimi tanınmış saytlar da var.

Avropa Liqasında II təsnifat mərhələsinin cütlüklərinin yayımlandığı xəbərdə “Kəpəz”in qarşısında Ermənistan sözü yazılıb.

Qeyd edək ki, Azərbaycanın tarixi klublarından olan Gəncə təmsilçisi Avroliqanın I mərhələsində Moldova “Daçiya”sını səfərdə vurduğu 1 qol (0:0, 1:0) sayəsində məğlub edərək, növbəti mərhələdə “Admira”ya (Avstriya) rəqib olub. (APA)

Türkiyə mətbuatı “Kəpəz”i Ermənistan komandası kimi təqdim edib – FOTOБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər