Ermənistanın təhlükəsizliyinin ən etibarlı təminatçısı Azərbaycan və Türkiyədir - AÇIQLAMA

Ermənistanın təhlükəsizliyinin ən etibarlı təminatçısı Azərbaycan və Türkiyədir - AÇIQLAMA


Bu gün Ermənistan və Qarabağdakı ermənilər dünyada baş verən prosesləri dəyərləndirib, ondan öz gələcəkləri üçün düzgün nəticə çıxarıb faydalanmaq əvəzinə, yenə də destruktiv mövqe sərgiləməklə bölgədə gərginliyin davam etməsi istiqamətində siyasət yürüdürlər.

Bunu açıqlamasında deputat Məlahət İbrahimqızı deyib.

Onun sözlərinə görə, son aylarda Ermənistanla Azərbaycan arasında sülh danışıqları prosesi aktivləşsə də, İrəvanın sözdə bir, əməldə isə bölgədə sülhü pozan addımlar atması nəticəsində ciddi irəliləyiş əldə olunmur. “Ermənistan birdəfəlik anlamalıdır ki, dünyada baş verən geosiyasi proseslər onların ziyanına işləyir. Azərbaycanın isə beynəlxalq aləmdə hər ötən gün mövqeyi daha da möhkəmlənir və nüfuzu artır. Bu da Azərbaycana hədəflərinə nail olmaqda əlavə imkanlar yaradır. Azərbaycan bu gün artıq dünyanın yenidən şəkillənməsində ciddi aktor rolunu oynamaqdadır və bunu dünənədək Ermənistana hərtərəfli dəstək verən güclər də qəbul edir. Artıq onlar da reallığı dərk edərək, əvvəlkitək ermənilərə lazımi dəstəyi vermirlər, geri çəkirlər”, - o qeyd edib.
O əlavə edib ki, Azərbaycanın Cənubi Qafqazda dayanıqlı sülhün təmin edilməsi istiqamətində irəli sürdüyü təkliflər bu gün bir zamanlar Ermənistanı dəstəkləyənlər tərfindən də qəbul edilməkdədir: “Lakin təəssüflər olsun ki, Ermənistan reallığı dərk edib ona uyğun formada reaksiya vermək əvəzinə bölgədə fərqli gücləri toqquşdurmaq yolunu seçib. Amma onu da unudurlar ki, fərqli güclərin toqquşmasından ən ciddi ziyan çəkən tərəf məhz Ermənistan olacaq. Bu toqquşma sonda hətta Ermənistan dövlətçiliyinin varlığını sual altında qoyar. Odur ki, Ermənistan nə qədər gec deyil Azərbaycanın təklif etdiyi sülh şərtlərini qəbul edib, sazişi imzalamalıdır.

Ermənistan və Qarabağdakı separatçılar Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu günlərdə Laçında səsləndirdiyi amnistiya bəyanatından nəticə çıxarmalıdırlar. Onsuz da Azərbaycan nəyin bahasına olur-olsun qarşısına qoyduğu hədəflərə nail olacaq. Azərbaycan ərazi bütövlüyünü təmin edib və hazırda işğaldan azad olan bölgələrdə həyat asta-asta öz məcrasına dönməkdədir. İşğaldan azad edilən bölgələrdə sürətlə irimiqyaslı tikinti, bərpa-quruculuq işləri gedir. Bunu bütün dünya görür və Azərbaycanın hansı gücə qadir olduğunu dərk edir. Azərbaycan sərhədlərini möhkəmləndirir. İlk növbədə bundan Xankəndindəki separatçılar ciddi nəticə çıxarmalıdır. Nə qədər gec deyil onlar Azərbaycan Prezidentinin çağırışını düzgün qiymətləndirməlidirlər. Yox, anlamaq istəməyəcəklərsə, o zaman komandos gücləri onları başa düşdüyü dildə başa salmağı yaxşı bilir. O zaman isə hər şey gec olacaq. Kimsə onların imdadına yetişə bilməyəcək. bax onda həm separatçılar öz layiqli cəzalarını almış olacaq, həm də Qarabağda separatçıların əsirliyində yaşayan ermənilər onların girovluğundan xilas edilərək, normal həyata dönəcəklər. Xankəndində üçrəngli Azərbaycan bayrağı dalğalanacaq. Buna kimsənin şübhəsi olmasın.

Zəngəzur dəhlizi də açıqlacaq. Buna kimsənin şübhəsi olmasın. Əgər cənab Prezident bəyan edibsə ki, açılmalıdır və açılacaq, demələ elə də olacaq. Ermənilər bu coğrafiyada varlıqlarını sürdürüb, dövlətçiliklərini inkişaf etdirmək istəyirlərsə, o zaman Azərbaycanın şərtləri daxilində sülh sazişini imzalamalıdır. Azərbaycan və Türkiyə ilə normal qonşuluq münasibətlər qurmalıdır. Və onlar buna məhkumdur.

Bir təklifim də ondan ibarətdir ki, ermənilər öz təhlükəsizliklərinin təminatını başqa dövlətlərdə axtarmasınlar. Ermənilərin və Ermənistan dövlətinin təhlükəsizliyinin ən yaxşı və etibarlı təminatçısı elə Azərbaycan və Türkiyə ola bilər. Bunun xaricində istənilən dövlət bundan ancaq və ancaq öz maraqlarını təmin etmək üçün istifadə edəcək. Deyərlər ki, coğrafiya qədərdir. Ermənistan da Azərbaycan və Türkiyənin arasındakı coğrafiyada qərarlaşıb. Onların təhlükəsziliyinin ən etirbalı təminatçısı da məhz bu iki ölkə ola bilər və başqası yoxdur”.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər