Mirfazil müəllim: Azərbaycan dünyada nümunəvi ölkə kimi özünü təsdiqləyib

Mirfazil müəllim: Azərbaycan dünyada nümunəvi ölkə kimi özünü təsdiqləyib




"Bilik" dəftərxana ləvazimatı mağazasının müdiri Mirfazil müəllim - Mayın 28-də Laçın şəhərində bir qrup laçınlı ilə görüşü zamanı Prezident İlham Əliyev Laçında həyata keçirilən geniş miqyaslı bərpa-quruculuq işlərindən bəhs etdi. Ölkə başçısı bildirdi ki, cəmi 7-8 ay ərzində Laçının böyük hissəsi tamamilə yenidən qurulub. İlk 20 ailə artıq Laçında yerləşib və iyun ayının sonuna qədər əlavə bir çox ailələr gələcək. Birinci mərhələdə Laçında 4 minə yaxın insan məskunlasaçaq. Bütövlükdə Laçında 7-8 ay ərzində 700 bina inşa edilib, onlardan 620-si fərdi yaşayış binası, 9 çoxmənzilli bina və orada 144 mənzil hazırlanıb. Beləliklə, artıq 764 ailə Laçın şəhərində yaşaya bilər.

Prezident İlham Əliyev qeyd etdi ki, Laçında bütün lazımi şərait yaradılır. Hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun. Tibb məntəqəsi hazırlanır. Məktəb yeni dərs ili üçün hazır olacaq. Onlarla müəssisənin yaradılması nəzərdə tutulur. Artıq Aqro və Sənaye Parkı yaradılmaqdadır, 1100-dən çox iş yeri yaradılacaq. Həmçinin cari ilin sentyabr ayına qədər Zabux kəndi də tamamilə inşa edilib zabuxluların sərəncamına veriləcək.

Laçınlılarla görüş zamanı ölkə başçısı rayonun işğal səbəblərini xatırladaraq bildirdi ki, Laçının ermənilərə təhvil verilməsinin arxasında məkrli siyasi niyyətlər dayanmışdı. AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı. Hakimiyyəti istənilən yollarla ələ keçirmək üçün ən çirkin əməllərə də əl atdı, Şuşanı, Laçını demək olar ki, düşmənə təhvil verdi. Laçının işğal altına düşməsi ilə Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqə yaradılmışdır. Laçın rayonu 1992-ci ilin may ayında, Şuşadan 10 gün sonra işğal olunmuşdu. Hakimiyyətə can atmış və hakimiyyəti zəbt etmiş o qüvvələrin xəyanəti nəticəsində 1993-cü ilin aprel ayında Kəlbəcər işğal altına düşdü. Laçın rayonunun işğal altına düşməsi böyük faciə idi.

Mirfazil müəllim: Azərbaycan dünyada nümunəvi ölkə kimi özünü təsdiqləyib


Ulu Öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlməsindən sonra Azərbaycan ayağa qalxa bildi, Azərbaycan inkişaf yoluna qədəm qoya bildi, vətəndaş müharibəsinə son qoyuldu. 1993-cü ilin oktyabr ayından Ulu Öndər Prezident vəzifəsinə seçiləndən sonra bu günə qədər Azərbaycan sabitlik məkanı kimi, dünyada nümunəvi ölkə kimi özünü təsdiqləyib. Ölkə başçısı vurğuladı ki, bütün dünya ictimaiyyəti yaxşı bilir ki, Ermənistan bizim torpaqlarımızdan öz xoşu ilə çıxmaq istəmirdi. Sadəcə olaraq, görüntü naminə, beynəlxalq vasitəçiləri aldatmaq üçün, beynəlxalq ictimaiyyəti çaşdırmaq üçün belə bir təklif irəli sürürdü ki, guya onlar beş rayonu qaytarmağa hazırdırlar, ancaq Laçın və Kəlbəcər onların əlində həmişəlik qalmalıdır. Təbii ki, Azərbaycan bununla razı ola bilməzdi və Müzəffər Ordumuzun qəhrəmanlığı sayəsində 2020-ci ildə torpaqlarımız işğaldan azad edildi. Cari ilin aprel ayında isə Azərbaycan-Ermənistan sərhədinin Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsini quraraq öz ərazi bütövlüyümüzü tam bərpa etdik. Sərhəd-buraxılış məntəqəsi son məntəqə idi ki, Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə və əks istiqamətə oradan nəzarətsiz hərəkət var idi. Hərəkət indi tam nəzarət altındadır.

Görüş zamanı Prezident İlham Əliyev hazırda Azərbaycanın iqtisadi cəhətdən güclü və heç kimdən asılı olmadığını vurğuladı. Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, iqtisadi cəhətdən tam müstəqildir. Siyasi gücünü artıran Azərbaycanla bu gün hesablaşırlar. Ən azı regional təhlükəsizlik və inkişaf məsələlərində Azərbaycanın razılığı olmadan heç bir təşəbbüs həyata keçirilə bilməz. Bu gün dünya miqyasında bir çox məsələlərdə Azərbaycanın mövqeyi önəmli mövqe kimi sayılır.

Ölkəmizdə güclü ordu qurulduğunu və vətənpərvər, tərbiyəli, milli ruhda tərbiyə almış gənc nəsilin yetişdirildiyini qeyd edən ölkə başçısı bu ordu və gənclərin sayəsində torpaqlarımızın azad edildiyini, onların qəhrəmanlığının heç vaxt unudulmayacağını vurğuladı.

Prezident İlham Əliyev bildirdi ki, Ermənistan ərazi bütövlüyümüzü tanıdıqdan sonra faktiki olaraq sülh müqaviləsi üçün hər hansı bir ciddi maneə qalmayıb. Belə ki, əgər yenə də Ermənistan saxtakarlıq etməsə və öz mövqeyini dəyişməsə yaxın gələcəkdə sülh müqaviləsi imzalana bilər.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər