Bakı avtovağzalında dərəbəylik: avtobus yoxdu, qiymətlər qalxıb - FOTOLAR

Bakı avtovağzalında dərəbəylik: avtobus yoxdu, qiymətlər qalxıb - FOTOLAR










Bakı Beynəlxalq avtovağzalında dünəndən başlayan sıxlıq bu gün daha da artıb. Avtovağzala gələn sərnişinlər rayonlara getmək üçün avtobus tapmır.

İnsanlar yenə də saatlarla avtobus gözləməli olur. Cənub və Qərb istiqamətində gedən avtobus platformaları boşdur. Demək olar ki, bütün rayonlar üzrə avtobus çatışmazlığı yaşanır.

Gərgin vəziyətdən avtobus sürücüləri sui-istifadə edir. Qiymətləri dəflərlə artırıblar, ərazidə nəzarətçilər olmasına baxmayaraq sərnişinlərlə kobud rəftardan çəkinmirlər.

Fotolardan da göründüyü kimi saatda bir avtobus gəlir. İnsanlar basa-basla minməyə çalışır. Sürücülər isə qapını açmır, baha qiymətlərə gediş təklif edirlər.

Avtovağzal rəhbərliyi xətlərə əlavə 200 avtobus buraxıldığını deyir. Ancaq görünən odur ki, tələb təklifdən dəfələrlə çoxdur. Bu da insanların əziyyət çəkməsinə və saatlarla avtovağzalda qalmasına səbəb olur


Bakı avtovağzalında dərəbəylik: avtobus yoxdu, qiymətlər qalxıb - FOTOLAR
Bakı avtovağzalında dərəbəylik: avtobus yoxdu, qiymətlər qalxıb - FOTOLAR
Bakı avtovağzalında dərəbəylik: avtobus yoxdu, qiymətlər qalxıb - FOTOLARБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər