Əliyev Paşinyanla görüşdə nələr əldə edib? - Detallar

Əliyev Paşinyanla görüşdə nələr əldə edib? - Detallar


Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır, amma biz Qarabağn siyasi və ya inzibati-ərazi subyektivliyi baxımından heç nə almırıq. Azərbaycan Qarabağla bağlı heç bir öhdəlik götürmədən 86,6 min kvadratkilomtr ərazisini tanıtdıra bilib. Bu, müharibədən sonra Bakının növbəti qələbəsidir və Paşinyan Əliyevin gündəliyinə xidmət edir.

Publika.az xəbər verir ki, bu barədə erməni politoloq Suren Surenyan deyib.

Onun sözlərinə görə, Paşinyanın bəhs etdiyi Qarabağdakı erməni əhalisi ilə bağlı “beynəlxlq mexanizmlərin” yaradılması məsələsi gözəl “sousdan” başqa bir şey deyil.

“Azərbaycan hazırda Qarabağdakı ermənilərin reinteqrasiyası ilə məşğuldur və heç bir beynəlxalq aktor buna qarşı çıxmır. O zaman hansı “beynəlxalq mexanizmlərdən” danışa bilərik. Bu gözə qabağındadır”, - o deyib.

S.Surenyan qeyd edib ki, rəsmi Bakı bütün mərkəzlərlə səmərəli işləyir: “Moskvada nəqliyyat məsələlərini həll etməyə çalışır. Mayın 25-də keçiriləcək üçtərəfli görüş buna hesablanıb. İstisna deyil ki, Azərbaycana Ermənistan ərazisindən sadələşdirilmiş rejimdə gediş-gəliş imkanı yaradılacaq. Bütün bunların fonunda da artıq Qarabağın subyektivliyi məsələsi gündəmdən çıxıb”.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər