Vahid Əhmədovun məsələsinə İntizam Komisisyası baxacaq - RƏSMİ

Vahid Əhmədovun məsələsinə İntizam Komisisyası baxacaq - RƏSMİ


Spiker deputat Vahid Əhmədovun məsələsinə İntizam Komissiyasında baxılması barədə tapşırıq verib

“İclasda çıxış edən deputat Şahin İsmayılov Vahid Əhmədovun müsahibəsini kəskin tənqid edib.

“Mənə deyirlər, görəsən, Vahid müəllimin yenə kimdən şəxsi xahişi olub ki, etmədiklərinə görə belə edir. Sözün açığı, onun yenə kimdənsə nə isə xahiş edib-etmədiyini bilmirəm. Amma yaxşı bilirəm ki, Vahid Əhmədov uzun müddətdir işlədiyi Azərbaycanın ali qanunverici orqanına, çiyin-çiyinə fəaliyyət göstərdiyi deputat həmkarlarına, ölkə prezidentinin uğurla rəhbərlik etdiyi Azərbaycan hökümətinə və bütövlükdə qalib Azərbayacan dövlətinə qarşı yenə çox böyük səhvə yol verdi. Yalnışlıq demirəm, məhz səhv deyirəm”, - o qeyd edib.

O əlavə edib ki, Milli Məclis asan yer deyil: “Milli Məclis ciddi müzakirələrin getdiyi, xalq üçün vacib qanunların qəbul olunduğu, dövlətin daha da güclənməsi üçün öz üzərinə düşən işi layiqincə yerinə yetirən hakimiyyətin qoludur. Burada populizmə və boş işlərə yer yoxdur. Bəyənmədiyiniz deputat həmkarlarınız da öz üzərlərinə düşən işi alnıaçıq, üzüağ icra edirlər. Sizin özünüzü yaxşı göstərmək üçün dediyiniz və ayda-ildə bir gördüyünüz işlər bizim gündəlik iş rejimimizidir.

Və sonda Ulu Öndər Heydər Əliyevin təbirincə desək, Vahid Əhmədov mövqeyinizi bildirin. Nəhayət, mövqeyinizi bildirin ki, görək siz kimsiniz və nə istəyirsiniz. Burada oturanların isə mövqeyi bəllidir. Azərbaycanın daha da güclənməsi üçün əllərindən gələni etmək, dostların yanında düşmənlərin qarşısında olmaq”.

Milli Məclisin İntizam Komissiyasının sədri Eldar İbrahimov isə bütün çıxış edən deputatların fikriləri ilə həmfikir olduğunu qeyd edərək məsələyə İntizam Komissiyasında baxılmasını təklif edib.

Milli Məslis sədrinin müavini Fəzail İbrahimli deyib ki, Vahid Əhmədovun blogerin tələsinə düşdüyünü düşünmür: “Vahid müəllim tələyə düşməyib, əksinə, nə edibsə, bilə-bilə edib. Bu, təsadüfi hadisə deyil”, - o qeyd edib.

Vitse-spiker əlavə edib ki, bu gün Azərbaycanın gəncələrə yol göstərən ağsaqqallara ehtiyacı olduğu bir zamanda Vahid Əhmədov bu ağsaqqallığı bacara bilmədi: “Təəssüf ki, Vahid Əhmədov özünü müzakirə predmetinə çevirdi.
Digər məqam isə Vahid Əhmədovun parlamentdə oturanların heysiyyatına toxunmasıdır. Axı kim ona bizim heysiyyatımıza toxunmağa haqq verib.

Odur ki, belə bir insan layiqli cəzasını almalıdır və onun məsələsinə İntizam Komissiyasında baxılaraq qərar verilməlidir”.

Sonda çıxış edən Milli Məclis sədri Sahibə Qafarova İntizam Komissiyasının sədri Eldar İbrahimova deputat Vahid Əhmədovun məsələsinə ciddi baxıldıqdan sonra nəticə barədə ona məlumat verməsini tapşırdı.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər