İran təbliğat maşınının İFŞASI - İlahiyyatçı fars agentlərinin adlarını AÇIQLADI

İran təbliğat maşınının İFŞASI - İlahiyyatçı fars agentlərinin adlarını AÇIQLADI


““Vilayəti fəqih” deyilən bir sistem var. Bu sistemi 1979-cu ildə İran qurub. Bu layihənin də hədəfi dünyada yaşayan bütün şiələri vahid mərkəzdən idarə etməkdir. Mahiyyət də budur ki, hər bir mömin hansısa müctəhidə-alimə tabe olmalı, onu təqlid etməlidir. Bütün dini ayinləri və ritualları həmin alimin fətvaları ilə icra etməlidir.

Əgər bunu etmirsə, onda həmin adamın bütün ibadəti batildir. Uzun müddət molla-fars rejimi bu üsulla Azərbaycanda təbliğat aparıb. Məsələn, Azərbaycanda çox populyar olan və çoxlarının da alim kimi təqlid etdiyi Lənkərani, Xorasani, Şirazi, Sistani kimi molla-fars rejiminin agentləridir. Onlardan Sistani İraqda yaşasa da fars kökənlidir. Yəni, fars rejiminin adamıdır”.

Bunu Bizim.Media-ya molla-fars rejiminin casus şəbəbkəsindən danışan ilahiyyatçı Tural İrfan deyib.

O, bildirib ki, burda yeganə hədəf insanları idarə etmək deyil, həm də onları iqtisadi cəhətdən istismar etməkdir:

“Fars alimlərinə biət edən möminlər xüms və zəkatı da onlara ödəyirlər. Nəticədə hər il milyonlarla vəsait İrana axır. Təsadüfi deyil ki, Azərbaycandan da hər il külli miqdarda vəsait toplanıb, İrana ötürülürdü. Vaxtilə İranın Bakıda xüsusi nümayəndəsi otururdu. 44 günlük müharibədən sonra getdi”.

İlahiyyatçı məsələnin digər narahatlıq doğuran tərəfinə də toxunub:

“İnanclı şiələrin 95 faizi İran alimlərini təqlid edirlər. Ən pisi də odur ki, məscidlərin axundlarının tam əksəriyyəti İran alimlərini təqlid edirlər. Hazırda istənilən şiə axundundan soruşsan ki, kimə təqlid edirsən? O da cavabında İrana bağlı hansısa müctehidin adını çəkəcək. Son 35 ildə mömin şiələrin şüruna məqsədli şəkildə yeridilib ki, hansısa müctehidə təqlid etməsən sənin ibadətin batildir”.

Tural İrfan bir vacib məqama da diqqət yetirməyi vacib sayır:

“İranda uzun illər təhsil almış azərbaycanlı dindarlar var. Amma molla-fars rejimi həmin dindarların heç birinə alimlik dərəcəsi verməyib. Bunun da səbəbi yuxarıda sadaladığımız səbəblərdir. İran bütün vasitələrlə mömin soydaşlarımızdan maddi və siyasi məqsəd üçün istifadə etməyə çalışıb. Son vaxtlar casus şəbəkəsinin ifşası istiqamətində ciddi iş aparılır.

Amma bu şəbəkəsini çökdürmək üçün uzun zaman lazımdır. Çünki, bu gün axundlar, rəsmi din xadimləri və sadə dindarlar sözdə İrandan üz çevirdiklərini desələr də, əməldə yenə də molla-fars rejiminin agenti olan müctehidlərə təqlid edirlər. Ona görə də ilk növbətə “vilayəti fəqih” sistemi aradan qaldırılmalıdır. Yoxsa İranin casus şəbəkəsini ləğv eləmək çox çətin olacaq. Hesab edin ki, ibadətə yeni başlayan insana ən çox verilən sual bu olur: “Kimi təqlid edirsən? Əgər təqlid elədiyin müctehid yoxdursa, onda sənin ibadətin batildir”.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər