“Ermənistanın mina terroru məcburi köçkünlərin evlərinə qayıtmaq hüququna mənfi təsir göstərir” - BƏYANAT

“Ermənistanın mina terroru məcburi köçkünlərin evlərinə qayıtmaq hüququna mənfi təsir göstərir” - BƏYANAT


“Ermənistanın mina terroru yüzminlərlə məcburi köçkünün öz evlərinə təhlükəsiz və layiqli şəkildə qayıtmaq kimi ayrılmaz hüququnun həyata keçirilməsinə mənfi təsir göstərir”.

Bu fikirlər Azərbaycanın qeyri-hökumət təşkilatlarının Ermənistanın mina terroru ilə əlaqədar qəbul etdiyi bəyanatda bildirilib.

Qeyd olunub ki, şanlı Zəfərimizlə yekunlaşan Vətən müharibəsindən iki ildən çox müddət keçməsinə baxmayaraq, Ermənistanın Azərbaycana qarşı törətdiyi mina terroru hələ də davam edir.

“Bunun nəticəsidir ki, zaman-zaman minaya düşən vətəndaşlarımız bəşəriyyət əleyhinə olan bu hərbi cinayətin qurbanına çevrilirlər. Təəssüf hissi ilə qeyd edirik ki, yaranmış bu hal bir çox göstəricilərinə görə faciəvi şəkil alır.

Ermənistan Respublikası, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın 4-cü bəndinə zidd olaraq, Azərbaycan ərazilərində qanunsuz hərbi fəaliyyətini davam etdirərək, qüvvələrini nəinki Azərbaycan ərazisindən tam şəkildə çıxartmayıb, əksinə, təxribatçı fəaliyyətini hələ də davam etdirməkdədir. Azərbaycan ərazilərində külli miqdarda aşkarlanan piyada əleyhinə minalar bu təxribatçı fəaliyyətin əyani sübutudur.

Müşahidələr göstərir ki, bu kimi hallar yalnız keçmiş təmas xətti boyunca deyil, ölkənin işğaldan azad olunan digər ərazilərində də baş verir. Bəlli məsələdir ki, Ermənistan Azərbaycan tərəfinə mümkün qədər ziyan vurmaq niyyətindədir və bu çirkin amalını müxtəlif yollarla həyata keçirməyə çalışır. Ərazilərin minalarla çirkləndirilməsi həmin əməllərdən biridir. Məhz bunun nəticəsidir ki, minaya düşmə halları günbəgün artır. Belə ki, işğaldan azad olunmuş ərazilərimizdə 2020-ci il müharibəsinin sonundan bəri 288 azərbaycanlı minaya düşüb, onlardan 50-si həyatını itirib.

Təəssüf hissi ilə qeyd edirik ki, işğal dövründə ərazilərin Ermənistanın hərbi birləşmələri tərəfindən başdan-başa minalanması Azərbaycan hökumətinin son iki ildə başlatdığı bərpa və yenidənqurma planlarının həyata keçirilməsinə ciddi şəkildə mane olur. Ən əsası isə bu, yüzminlərlə məcburi köçkünün öz evlərinə təhlükəsiz və layiqli şəkildə qayıtmaq kimi ayrılmaz hüququnun həyata keçirilməsinə mənfi təsir göstərir. Prezident İlham Əliyevin çıxışlarının birində qeyd etdiyi kimi, “Mina təhlükəsi azad edilmiş ərazilərdə bərpa işlərinin aparılmasına və məcburi köçkünlərin evlərinə qayıtmasına əsas maneədir”.

Hazırda Şuşa-Xankəndi yolunda azərbaycanlı ictimai fəallar və ekoloji qeyri-hökumət təşkilatlarının üzvləri tərəfindən keçirilən etiraz aksiyası davam etdirilir. Ekoloji terrora son qoymaq şüarları altında keçirilən aksiyanın iştirakçıları Ermənistan ərazisindən Azərbaycana silah-sursatın, hərbçilərin daşınması, milli sərvətlərimizin ölkədən çıxarılması və digər qanunsuz əməllərin həyata keçirilməsi üçün istifadə olunan Laçın yoluna nəzarət edilməsini və bu cinayətlərə, qanunsuzluğa son qoyulmasını tələb edirlər. Bu aksiya həm də Ermənistanın mina terroruna qarşıdır.

Biz, Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları, dünya ictimaiyyətinə bir daha müraciət edərək, Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn normalarına zidd olaraq Azərbaycan ərazilərində basdırdığı minaların insanların həlak olmasına, sağlamlığını itirməsinə və ya əlil qalmasına səbəb olduğunu, regionda ədalətli sülhün və təhlükəsizliyin təmin olunmasına ciddi təhdid yaratdığını diqqətə çatdırır və torpaqların minalarla çirkləndirilməsinin qarşısının qəti şəkildə alınmasına, dəqiqliyinə zəmanət verən mina xəritələrinin ölkəmizə təqdim olunmasına dəstək verməyə çağırırıq”.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər