Türk əsgərləri sərxoş rus matrosların “dərsini” necə verdi…

Türk əsgərləri sərxoş rus matrosların “dərsini” necə verdi…












Məlum olduğu kimi, 1918-ci ildə yenicə müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cumhuriyyəti Osmanlı dövlətindən hərbi yardım göndərilməsi üçün müraciət ünvanlayıb. Hər iki dövlət arasında bağlanılmış müqavilənin şərtlərinə uyğun olaraq, Osmanlı hərbiyyə naziri Ənvər Paşanın əmri ilə Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusu Azərbaycanın ən çətin günündə qardaş köməyinə gəlib və heç zaman dillərdən düşməyəcək qəhrəmanlıq dastanı yazıblar.

Moderator.az Qafqaz İslam Ordusunun zabitlərinin Azərbaycandakı qəhrəmanlıqlarından bəhs edən yazılar təqdim edir.

V yazı

Gəmi kapitanlarından biri – Fyodr Kiriloviç Pankovun danışdıqları:

“1908-ci ildən Xəzər dənizində işləyirdim. Gəmirlər körpüyə yan alıb dayananda, adətən matroslar sahilə düşüb meyxanalara gedib o ki var içər, sərxoş olardılar. Sonra da tökülüşərdilər bulvara, başlayardılar adamlara sataşmağa, əziyyət verməyə, dava salmağa. Mərəkə qopardı. Mağaza sahibləri qapıları bağlaıb gizlənərdilər, hamı qaçardı. Qorodovoylar aradan çıxardılar…

1918-ci ildə Türklər Bakıda ikən qəribə bir hadisənin şahidi oldum. Oktyab ayının ortalarında Bakıya gəlmiş üç gəminin matrosları sahilə çıxıb meyxanalarda, restoranlarda qadağan olunmuş araq və şərabları zorla çıxartıdırıb içdilər. Lül-qənbər vəziyyətdə bulvara gedib əvvəllər elədikləri kimi şuluq salmağa başladılar, adamlara sataşdılar.

Türk səhra polis şöbəsi bundan xəbər tutan kimi hadisə yerinə əsgərləri göndərdi. Vuruşma başladı. Dostum kapitan Əlibala Rəcəbovla bir kənarda dayanıb tamaşa edirdik. Türk əsgərləri matrosların biləklərindən necə qamarlayırdılarsa, o saat matros kəlləsi üstə gəlib yerə sərilirdi. Bundan sonra əsgərlər çəkmələrinin nal vurulmuş ucu və dabanı ilə matrosların lülə sümüklərinə döyməyə başlayırdılar. Matros meyidə dönürdü, uzandığı yerdən tərpənə bilmirdi. Bulvarda yerə sərilmiş xeyli sərxoş matros vardı.

İki-üç saatdan sonra matroslar güc-bəla ilə, birtəhər yerlərdən qalxıb gəmilərinə qaçdılar. Türklər gedənə qədər də bir daha şəhərdə görünmədilər…”

Hazırladı: RumiyyəБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər