Elvin Mikayılov: Uğur formulu: xalq-iqtidar birliyi - Ağır sınaqlardan böyük uğurlara…

Elvin Mikayılov: Uğur formulu: xalq-iqtidar birliyi - Ağır sınaqlardan böyük uğurlara…



Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi "Askorp" MMC-nin rəhbəri Elvin Mikayılovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

"Askorp" MMC-nin rəhbəri Elvin Mikayılov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Elvin Mikayılovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Elvin Mikayılov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, "Askorp" MMC-nin rəhbəri Elvin Mikayılova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

"Askorp" MMC-nin rəhbəri Elvin Mikayılov - Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi əsasında hakimiyyətə qayıdışı ilə ölkəmizi həmin dövrün xaosundan, anarxiyasından, özbaşınalıqlarından, ümumiyyətlə, müstəqilliyini itirmək təhlükəsindən xilas etdikdən sonra səsləndirdiyi “Əgər indi dövlət müstəqilliyimiz, milli azadlığımız körpə uşağın ilk addımlarına bənzəyirsə, bir neçə ildən sonra dövlətimiz, ölkəmiz, xalqımız güclü, iradəli addımlarla irəliləməli, böyük inamla hərəkət etməlidir” çağırışı hər bir dövlətin inkişafında uğurlu siyasətin roluna işıq salır.
Azərbaycanın müstəqilliyini yenidən bərpa etdiyi ilk illərdə yaşadıqları yaddaşlardadır. Həmin dövr tariximizin qara səhifəsi kimi xarakterizə edilir. Azərbaycan adlı dövlətin dünya xəritəsindən silinməsi təhlükəsi yaşandı. Belə bir çətin dövrdə xalqının səsinə səs verən ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdışı ilə yeni Azərbaycanın möhkəm təməlini qoydu.

Elvin Mikayılov: Uğur formulu: xalq-iqtidar birliyi - Ağır sınaqlardan böyük uğurlara…


Müstəqilliyimizin bərpasının ilk illəri ağır sınaqlardan keçdi. Daxili çəkişmələr, dövlət idarəçiliyindəki özbaşınalıq və səriştəsizlik, ağır siyasi və iqtisadi böhran ölkəni vətəndaş müharibəsi astanasına gətirmiş, onun gələcək taleyini sual altına qoymuşdu. Məhz bu şəraitdə Azərbaycan torpaqları Ermənistan silahlı qüvvələri tərəfindən işğala məruz qalmış, yüz minlərlə soydaşımız öz dədə-baba yurdlarından didərgin düşmüşdür. Baş verənlər bir daha bu reallığı təsdiqlədi ki, müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən qat-qat çətindir.
Ulu öndər Heydər Əliyev qısa müddətdə ölkəmizin müstəqil daxili və xarici siyasət strategiyasının təməl prinsiplərini müəyyən etdi, ictimai-siyasi sabitlik, dövlət intizamı təmin edildi, demokratik islahatların həyata keçirilməsinə və ordu quruculuğu prosesinə başlanıldı. Ümummilli Lider sabitliyi hər bir inkişafın əsası kimi dəyərləndirdi. Bildirdi ki, sabitlik olmasa, hansısa sosial-iqtisadi layihənin uğurlu icrasından danışmaq qeyri-mümkündür. Məhz ölkədə yaradılan sabitliyin fonunda Azərbaycanın iqtisadi və siyasi mövqeyinin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayan “Əsrin müqaviləsi” imzalandı. Azərbaycan dünyanın enerji xəritəsində xüsusi mövqe qazandı. Etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirdi. Bu gün böyük inamla qeyd edirik ki, ölkəmiz nəhəng regional və qlobal layihələrin təşəbbüskarı və fəal iştirakçısıdır. Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsi mümkünsüzdür.
Ölkəmizin iqtisadi imkanlarının genişlənməsi siyasi mövqeyinin möhkəmləndirilməsində də əhəmiyyətli rol oynayır. Azərbaycanın uğurlu xarici siyasəti istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrinin inkişafında, artıq tarixə qovuşan Qarabağ münaqişəsinin həllində möhkəm hüquqi bazanın yaradılmasında öz sözünü dedi.

Elvin Mikayılov: Uğur formulu: xalq-iqtidar birliyi - Ağır sınaqlardan böyük uğurlara…


Möhkəm təməl üzərində addımlayan Azərbaycan son 20 ilə yaxın dövrdə ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm uğurlara imza atır. Bu uğurların zirvəsində 2020-ci ildə qazandığımız tarixi Zəfər dayanır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi sayəsində Azərbaycanın ərazi bütövlüyü və tarixi ədalət bərpa edildi. Azərbaycan özünü dünyaya qalib ölkə kimi təqdim edir. Hər bir uğurumuz Heydər Əliyev siyasətinin təntənəsidir. Bu yol hər zaman Azərbaycana möhtəşəm uğurlar qazandıracaq. Güclü, qüdrətli Azərbaycan harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının qürur mənbəyidir. Tarixi Qələbəmiz həm ölkəmizin, həm də bütövlükdə regionun inkişafında yeni dövrün başlanğıcı oldu.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər