Vaqif Məmmədov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır

Vaqif Məmmədov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır


Şəmkir çay Su Anbarı və magistiral kanalların istismarı idarəsinin rəisi Vaqif Məmmədov - Azərbaycan Türkiyə qardaşlığı qədim tarixə malikdir. Bu iki qardaş ölkə əsrlər boyu bir-birinə dəstək olmuş, sıx əməkdaşlıq etmiş, münasibətləri qarşılıqlı etimad, yüksək səviyyəli əməkdaşlıq əsasında qurmuşdur. Bu münasibətlər müasir dövrümüzdə daha da möhkəmlənmiş, bütün sahələrdə qarşılıqlı əlaqələr yüksək səviyyədə inkişaf etmişdir. Azərbaycan və Türkiyə arasında mövcud olan dostluq, qardaşlıq münasibəti, həmçinin bütün sahələrdə qarşılıqlı əməkdaşlığın qurulması, həm ölkələrimizin dinamik inkişafına, həm də regionun tərəqqisinə, sabitliyin möhkəmləndirilməsinə öz müsbət təsirini göstərir.

Vaqif Məmmədov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır


Cari ilin fevral ayının 6-da qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələ bütün türk dünyasını və sözsüz ki, ilk növbədə Azərbaycanı sarsıtdı. 7.7 bal gücündə olan zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb oldu. Faciə qardaş ölkəyə böyük insan itkisi ilə yanaşı, həm də görünməmiş fəlakət və böyük kədər yaşatdı. Bu xəbər Azərbaycana çatan andan bütün cəmiyyətdə eyni üzüntü və qəlb ağrısı ilə yaşandı.

Bu ağır gündə qardaş ölkəyə yardım üçün müraciət edən ilk ölkə məhz Azərbaycan oldu. Zələzələnin baş verdiyi ilk gündən bu günə kimi prezident cənab İlham Əliyevin göstərişinə əsasən qardaş Türkiyəyə yardım xilasetmə işlərində iştirak edən şəxsi heyət, tibbi personal, xilasetmə işlərində istifadə olunan ləvazimatlar, generatorlar, avtomobillər, həmçinin modul səhra hospitalları, tibbi avadanlıq, dərman preparatları, çadırlar, yataq dəstləri və sair, habelə zərər çəkmiş əhali üçün humanitar yardım, həmçinin digər təxirəsalınmaz yardım vasitələrini göndərilib. Eyni zamanda Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardım göndərildi. Edilən yardımların miqdarı hər keçən gün daha da artmaqdadır.

Hər bir soydaşımız, dünyanın harasında yaşamasından asılı olmayaraq, bu ağır günlərdə qardaş ölkəyə dəstək verməyə çalışır. Azərbaycan xalqı əsl qardaşlıq nümunəsi göstərir. Buda xalqımızın zəngin milli-mənəvi keyfiyyətlərinin daha bir göstəricisidir.

Zəlzələ hamımızı kədərləndirsə də bir həqiqəti ortaya qoydu ki, Türkiyə-Azərbaycan münasibətləri bütün sınaqlar və bütün dövrlər üçün dünyaya örnək olacaq səviyyədədir. Biz qardaş xalq olaraq bu çətin günlərdə hər zaman qardaşlıq borcumuzu yerinə yetirib Türkiyənin yanında olacağıq. Bu gün Azərbaycan Türkiyə qardaşlığı bütün dünyaya nümunədir. Bu dostluq, qardaşlıq dayaqları isə ölkə Prezidentlərinin səmimi qardaşlıq münasibətləri, xalqlarımızın tarixi, ortaq mədəniyyəti və mədəni dəyərləridir.

Vaqif Məmmədov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır


Azərbaycan xalqı olaraq qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının tezliklə aradan qaldırılmasını arzu edir, faciə zamanı dünyasını dəyişənlərə Allahdan rəhmət, xəsarət almış insanlara şəfa diləyirik.

Şəmkirçay su anbarının ümumi su tutumu 164,5 milyon kubmetr, faydalı həcmi isə 156,3 milyon kubmetrdir. Şəmkirçay su anbarı bəndinin nüvə hissəsindən hündürlüyü 196 metrdir. Layihəyə əsasən orta illik su ehtiyatı 265,2 milyon kubmetr olan Şəmkirçay çayının sularını bu anbarda nizamlamaqla ildə 207,9 milyon kubmetr sudan istifadə olunacaq. Layihəyə uyğun olaraq su anbarında nəqledici, qəza sutullayıcı və təzyiqli enerji tunelləri tikilib.

Şəmkirçay su anbarında yığılan suyu əkin sahələrinə nəql edəcəkəsas magistral kanal, sağ və sol sahil magistral kanalları, həmçinin maşın kanalı üçün qidalandırıcı kanal inşa olunub. Ən müasir standartlara cavab verən həmin kanallar açıq dəmir-beton üzlüklüdür. Dövlətimizin başçısının tapşırığına əsasən aparılan dəqiqləşdirmə nəticəsində Şəmkir, Göygöl, Samux və Goranboy rayonlarında su təminatı yaxşılaşdırılacaq 54 248 hektar və yeni suvarılacaq 17 147 hektar torpaq sahələrinin olduğu müəyyənləşdirilib. Şəmkirçay su anbarından Gəncə və Şəmkir şəhərlərinə, Samux rayonunun Nəbiağalı qəsəbəsinə saniyədə 1,6 kubmetr su verməklə əhalinin içməli su təchizatı yaxşılaşdırılacaq. Layihənin əhatə etdiyi ərazidə ekoloji vəziyyət əsaslı şəkildə yaxşılaşacaq. Ümumilikdə, Şəmkirçay su anbarı regionların sosial-iqtisadi inkişafına olduqca vacib töhfədir və müstəqillik illərində reallaşdırılan ən mühüm layihələrdən biri kimi Azərbaycanın müasir tarixində mühüm yer tutacaq.


Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Şəmkir çay Su Anbarı və magistiral kanalların istismarı idarəsinin rəisi Vaqif Məmmədovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Şəmkir çay Su Anbarı və magistiral kanalların istismarı idarəsinin rəisi Vaqif Məmmədov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Vaqif Məmmədov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Şəmkir çay Su Anbarı və magistiral kanalların istismarı idarəsinin rəisi Vaqif Məmmədova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Şəmkir çay Su Anbarı və magistiral kanalların istismarı idarəsinin rəisi Vaqif Məmmədovdur.

Şəmkir çay Su Anbarı və magistiral kanalların istismarı idarəsinin rəisi Vaqif Məmmədov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Vaqif Məmmədov bu işin müqəddəsliyini qoruyub saxlayır. Vaqif Məmmədov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Vaqif Məmmədov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Vaqif Məmmədov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Vaqif Məmmədov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Vaqif Məmmədov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Vaqif Məmmədov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Şəmkir çay Su Anbarı və magistiral kanalların istismarı idarəsinin rəisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Vaqif Məmmədov özünü doğruldub. Bizdə hörmətli Vaqif Məmmədovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər