İmamverdi İsmayılov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur

İmamverdi İsmayılov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur


Çox pis zəmanədə yaşayırıq. Vəzifə, səlahiyyət sahibi olanlar arasında onlara yuxarılardan və aşağılardan olan inam və etimadı doğruldanları barmaqla saymaq olar. Ömrünü-gününü bu müqəddəs amala həsr edənlər, həmin barmaqla sayılanlar arasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı, "Şöhrət" ordeni laureatı İmamverdi İsmayılov adının olması kimsəyə sirr deyil. Kişi əsl saflıq, təmizlik nümunəsidir.

İmamverdi İsmayılovun hər bir rəhbər şəxsə əsl nümunə, görk olan yüksək məziyyətlərindən danışmaqla onun portretinin cizgilərini cızmaq belə mümkün deyil. Bir də sözümüzü tərsə başa düşməyələr. O portreti cızılacaq adam kimsənin xəyalından belə “inanan daşa dönsün” fikri o böyük ürək sahibinə qarşı çox böyük hörmətsizlik olardı.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, "Şöhrət" ordeni laureatı İmamverdi İsmayılov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən İmamverdi İsmayılov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, "Şöhrət" ordeni laureatı İmamverdi İsmayılova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Son günlər bəzi internet saytlarında Azərbaycan Respublikası Milli Məclisinin deputatı, "Şöhrət" ordeni laureatı İmamverdi İsmayılov ilə bağlı böhtan xarakterli məlumatlar dərc edilir. Amma məlumatların hardan qaynaqlandığını deyə bilmərik. Lakin tam məsuliyyətlə qeyd edirik ki, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, "Şöhrət" ordeni laureatı İmamverdi İsmayılov haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır. Bu cür dezinformasiyalar cəmiyyət arasında heç də birmənalı qarşılanmır.

Bəzi saytlar bunun əksini yazmaqla cəmiyyət arasında ajiotaj yaratmağa çalışırlar. Amma alınmayacaq.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, "Şöhrət" ordeni laureatı İmamverdi İsmayılov - Sosial siyasət dövlətin daxili siyasətinin tərkib hissəsi olub, onun həyata keçirdiyi sosial proqramlarda, əhalinin əsas sosial qruplarının marağını əsas götürərək, cəmiyyətdəki münasibətlərin tənzimlənməsində təzahür edir.

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan sosial siyasət həm bu gün, həm də gələcəkdə insanların layiqli həyat şəraitinin təmin edilməsini, bu təminatın səviyyəsinin yüksəlməsini həyata keçirən yaxın və uzaqmüddətli proqramlar vasitəsi ilə reallaşdırılır. Bu gün həmin siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin sosial siyasəti də iki klassik prinsipə əsaslanır: sosial ədalət və sosial rifah.

Sosial ədalət ölkənin maddi və mədəni sərvətlərinə bütün vətəndaşların əlçatanlığını təmin etmək siyasətidir. Elə bir siyasət ki, imkansıza, gücsüzə, köməyə ehtiyacı olana dövlət dəstək verir, eyni zamanda cəmiyyəti də bu xoş mərama təşviq edir. Azərbaycan sosial dövlət olaraq bütün vətəndaşların sosial müdafiəsini təmin etməyi öhdəlik kimi öz üzərinə götürmüşdür.

Bununla yanaşı, xüsusi sosial müdafiəyə ehtiyacı olan qruplar var ki, müxtəlif qanunlar və proqramlar vasitəsi ilə onlara daim dəstək verilir. Bizim qanunvericilik yaşayış minimumu, ehtiyac meyarı, minimum əmək haqqı, minimum pensiya kimi hədlər müəyyən edilib ki, vətəndaşımızın yaşam şərtləri o həddən aşağı səviyyəyə enməsin.

Prezident İlham Əliyevin bu il yanavarın 5-də imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncam həyata keçirilən sosial islahatların davamı kimi xarakterizə olunur. Sərəncamla minimum aylıq əməkhaqqı 2023-cü ilin yanvarın 1-dən 15 % artırılaraq 345 manata yüksəlib. Həmçinin Sərəncama əsasən, minimum pensiya 280 manata çatdırılacaq, müavinət və təqaüdlər artırılacaq. Son dörd ildə minimum əməkhaqqı 2,7 dəfə artırılaraq 130 manatdan 345 manata, minimum pensiya 2,5 dəfə artırılaraq 110 manatdan 280 manata çatdırılıb. Bu da əhalinin güzəranının daha da yaxşılaşmasına gətirib çıxaracaqdır.

Dünyada baş verən gərgin iqtisadi proseslər, ərzaq təhlükəsizliyinin təhdid altında olduğu bir dönəmdə Azərbaycan iqtisadiyyatının dinamik inkişafı, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün atılan addımlar xüsusilə diqqət çəkir. Bu onun göstəricisidir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında iqtisadi layihələrdən əldə olunan vəsait ilk növbədə vətəndaşın sosial rifahının yaxşılaşdırılmasına sərf edilir.

Göründüyü kimi, son illərdə həyata keçirilən sosial tədbirlər bir daha Prezident İlham Əliyevin andiçmə mərasimində çıxışında söylədiyi “hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar” fikirlərinin yüksək səviyyədə öz əməli təsdiqini tapdığını bir daha isbatlayır.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər