Britaniya şahzadəsindən etiraf: 25 nəfəri öldürmüşəm - FOTO

Britaniya şahzadəsindən etiraf: 25 nəfəri öldürmüşəm - FOTO


Britaniya kral ailəsindən ayrılaraq ABŞ-da məskunlaşan Sasseks hersoqu şahzadə Harri xatirələrində Əfqanıstanda xidməti vəzifəsini yerinə yetirərkən 25 nəfəri qətlə yetirdiyini etiraf edib.

“The Telegraph” qəzeti xəbər verir ki, şahzadə Harri bu barədə 10 yanvarda rəflərdə olacaq “Ehtiyat” adlı xatirə kitabında yazıb.

O, kitabda 25 nəfəri 2007-2008 və 2012-2013-cü illər arasında öldürdüyünü qeyd edib.

Harri kitabında zərərsizləşdirdiyi üsyançıları “yaxşıları öldürmədən aradan götürülən pislər” adlandırıb.

“İlk gündən etibarən məqsədim Talibana və sadəcə Talibana yaxın yerlərdə mülki vətəndaşlara atəş açıb-açmadığım mövzusunda şübhə duymadan yuxuya gedə bilmək idi. İngiltərəyə bütün üzvlərimlə qayıtmaq istəyirdim, amma ən çox da vicdanım pozulmadan evə qayıtmaq istəyirdim”,- deyə o əlavə edib.

Şahzadə həmçinin adam öldürdüyünə görə utanc hiss etmədiyini söyləyib.

Qeyd edək ki, Şahzadə Harri 1997-ci ildə Parisdə faciəvi avtomobil qəzasında həlak olan Uels şahzadəsi Diana ilə hazırkı İngiltərə kralı III Çarlzın kiçik oğludur.


Britaniya şahzadəsindən etiraf: 25 nəfəri öldürmüşəm - FOTOБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər