ABŞ-ın "Patriot" həmləsindən sonra qorxulan oldu: Putin əmr verdi - FOTO

ABŞ-ın "Patriot" həmləsindən sonra qorxulan oldu: Putin əmr verdi - FOTO



ABŞ-ın Ukraynaya "Patriot" hava hücumundan müdafiə sistemlərini verəcəyi ilə bağlı xəbərlərdən sonra Rusiya Prezidenti Vladimir Putinin növbəti həmləsi gecikməyib.

İngiltərənin “Daily Mail” qəzeti Putinin ABŞ və Böyük Britaniyanı vura bilən “Yars” raketinin işə salınmasını əmr etdiyini yazıb.
Qəzeti bu addımı “nüvə təhlükəsi” şərhi ilə oxucularına təqdim edib. Britaniya mətbuatı raketin uçuş məsafəsinin 12 min km olduğunu bildirib.

Rusiya Müdafiə Nazirliyinin yaydığı görüntülərdə raketin Kaluqa bölgəsində quraşdırıldığı anlar yer alıb.

Rusiyanın “Komsomolskaya Pravda” nəşri isə raketin Xirosimanı məhv edən ABŞ bombasından 12 dəfə güclü olduğunu yazıb. Raketin dekabrın 17-də Rusiyanın hər il keçirilən Strateji Raket Qüvvələri Günü üçün hazırlandığı bildirilir.

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bundan əvvəl açıqlamasında Rusiyanın ilhaq edilmiş Ukrayna ərazisini müdafiə etmək üçün nüvə silahından istifadə etməyə hazır olduğunu demişdi.

ABŞ-ın "Patriot" həmləsindən sonra qorxulan oldu: Putin əmr verdi - FOTOABŞ-ın "Patriot" həmləsindən sonra qorxulan oldu: Putin əmr verdi - FOTOABŞ-ın "Patriot" həmləsindən sonra qorxulan oldu: Putin əmr verdi - FOTOБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər