Fuad Əliyev: Ulu Öndər Heydər Əliyev xalqımızın yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi yaşayacaq

Fuad Əliyev: Ulu Öndər Heydər Əliyev xalqımızın yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi yaşayacaq


Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev - Müstəqil, demokratik Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin özünəməxsus yeri və xalq, vətən qarşısında misilsiz xidmətləri vardır.

Müstəqilliyin ilk illərində ölkənin məruz qaldığı hərbi təcavüz, onun ağır nəticələri, habelə ölkə daxilində vətəndaş müharibəsinin reallığa çevrildiyi bir şəraitdə xalqımızın yeganə ümid yeri Ulu öndər Heydər Əliyevlə bağlı olmuşdur.

Azərbaycanın bugünki inkişafının və tərəqqisinin təməl prinsipində Ulu Öndər Heydər Əliyev siyasi kursu dayanır. 1993-cu ilin iyununda Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtması ilə bütün sahələrdə müsbət dəyişikliklərin əsası qoyuldu.

Fuad Əliyev: Ulu Öndər Heydər Əliyev xalqımızın yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi yaşayacaq


Məhz ulu öndər Heydər Əliyev dühası və qətiyyəti sayəsində müstəqil Azərbaycan dövləti məhv olmaq təhlükəsindən qurtuldu.

Ölkənin bu cür çətin və təhlükəli sınaqlar qarşısında qaldığı bir dövrdə xalqının səsinə səs verən ulu öndər Heydər Əliyev 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya qayıtdı. İyunun 15-də Ulu öndər Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bunun ardınca isə yaranmış siyasi zərurətdən asılı olaraq iyun ayının 24-də Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. Ömrünün böyük bir hissəsini öz xalqına həsr edən Ümummilli lider Heydər Əliyev bu cür mürəkkəb bir dönəmdə bütün məsuliyyəti öz üzərinə götürdü və dövlətçiliyimizin qorunub saxlanılması istiqamətində mühüm zəruri tədbirlər görməyə başladı. Bu gün sülh və əminamanlıq içində yaşadığımız müstəqil Azərbaycan dövləti Ulu öndərimiz Heydər Əliyevin şah əsəridir və xalq öz xilaskar oğlu ilə hər zaman qürur duymaqdadır.

Ulu öndər Heydər Əliyev Dühası öz fəaliyyəti ilə Vətənə sədaqətli xidmətin əyani nümunələrini yaratmışdır. Xalqın böyük sevgisini qazanan, Azərbaycanın xilaskarına çevrilən Ulu Öndər Heydər Əliyev xalqımızın yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi yaşayacaqdır.

Bu gün Azərbaycanın əldə etdiyi hər bir uğurun əsasını Heydər Əliyev və İlham Əliyev siyasəti təşkil edir. Azərbaycan dünyada, regionda böyük siyasi, iqtisadi potensiala malik olan dövlət kimi xüsusi çəkiyə və nüfuza sahibdir.

Ulu öndər Heydər Əliyev kursunun layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyevin gerçəkləşdirdiyi uğurlu diplomatiyanın məntiqi nəticəsi olaraq ölkəmiz bölgədə və dünyada layiqli yerini tutaraq, regional liderliyini təmin edib.

AMEA Gəncə Bölməsidə 2022-ci ilin hesabat yığıncağı keçirilib

Fuad Əliyev: Ulu Öndər Heydər Əliyev xalqımızın yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi yaşayacaq


AMEA Gəncə Bölməsində bu elm ocağının 2022-ci ildəki fəaliyyəti, onun tədqiqat, nəşr və təşkilati sahələr üzrə illik hesabatı müzakirə olunub.

Hesabat yığıncağında giriş sözü lə çıxış edən AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev 2022-ci il ərzində respublikanın ikinci şəhərinin başlıca elm ocağının tərkibində fəaliyyət göstərmiş bütün təsisatların - Bioresurslar, Ekologiya və Təbii Ehtiyatlar, Aqrar Problemlər, Humanitar Tədqiqatlar , Diyarşünaslıq İnstitutlarının, Nizami Gəncəvi Mərkəzinin və Nəbatat Bağının illik hesabatlarının bir müddət əvvəl, ayrı-ayrılıqda dinlənildiyini və qəbul olunduğunu diqqətə çatdırıb. O, hazırki toplantının yola saldığımız il ərzində AMEA Gəncə Bölməsində, ümumi konseptual baxımdan, qarşıda qoyulan vəzifə və tapşırıqların yerinə yetirilməsinin yekunlarına, həmçinin qarşıdakı perspektivlərə həsr olunduğunu diqqətə çatdırıb.

Hesabat xarakterli çıxışlar da məhz bu müddəalar üzərində qurulub. Məruzələr və müzakirələr zamanı qeyd olunub ki, fəaliyyətini ölkəmizin ümumi inkişaf strategiyası üzrə mühüm dövlət sənədlərinin tələblərinə müvafiq qurmuş AMEA Gəncə Bölməsində hər zaman olduğu kimi, hesabat ilində də aktual elmi-texniki, iqtisadi, ekoloji məsələlərin həllinə, eləcə də humanitar-istimai mövzuların tədqiqi ilə mənəvi dünyamızın tərəqqisinə xidmət edən əhəmiyyətli işlər aparılıb.

Bu baxımdan, qeyd olunub ki, hesabat ilində elmin müxtəlif istiqamətləri üzrə 24 iş və 43 mərhələ tamamlanmış, 1 patent və 8 mühüm nəticə alınmışdır. Gəncə Bölməsinin əməkdaşları tərəfindən 3 kitab, 3 monoqrafiya, 1 dərslik, 32-i xaricdə olmaqla 111 məqalə, 23-ü xaricdə olmaqla 93 tezis dərc edilmişdir.

Bölmə əməkdaşlarının əsərlərinə beynəlxalq elmi bazalarda 18 dəfə istinad edilmişdir.

2022-ci ildə AMEA Gəncə Bölməsi tərəfindən keçirilmiş respublika elmi-praktik konfranslarının və digər tədbirlərin əhəmiyyəti də yüksək qiymətləndirilib.

Belə ki, yola salınan il ərzində AMEA Gəncə Bölməsinin təşkilatçılığı ilə baş tutan Xocalı soyqırımının 30 illiyinə dair elmi-praktik konfrans, 8 Mart – Beynəlxalq Qadınlar günü münasibətilə yığıncaq, 27 Mart Elm Günüə həsr olunan elmi-praktik konfrans, “Şuşa İli” münasibəti ilə keçirilən “Qarabağ mədəni irsi yeni müstəvidə” respublika elmi-praktik konfransı, Aqrosənaye tullantılarınınnın təkrar emalı məsələləri haqda respublika elmi-praktik konfransı, Akademik Əli Quliyevin anandan olmasının 110 illiyinə həsr olunan elmi-praktik konfrans, “İstiqlal şairi Əhməd Cavad – 130” adlı respublika elmi-praktik konfransı, “Gəncə Üsyanı azadlıq bayraqdarıdır” adlı respublika elmi-praktik konfransı, eləcə də akademik Ziyad Səmədzadənin “Azərbaycan iqtisadiyyatı 100 ildə” beşcildlik kitabının təqdimatı, AMEA Həmkarlar Təşkilatı rəhbərliyinin iştirakı ilə Gəncə Bölməsinin Həmkarlar Təşkilatının hesabat yığıncağı, Nizami Gəncəvi irsinin öyrənilməsi və təbliği məsələləri üzrə konsepsiyanın müzakirə edilməsi üzrə toplantı, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi və qarşıdakı “Heydər Əliyev İli” münasibətilə verilən təkliflərin müzakirə olunmasına dair yığıncaq, Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyinə həsr olunmuş dəyirmi masa və digər tədbirlər AMEA Gəncə Bölməsinin yüksək elmi və təşkilati kefiyyətlərini bir daha nümayiş etdirib.

Qeyd olunmalıdır ki, yığıcağın gedişində həmçinin AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda təşkil edilən “Müasir şəraitdə rəqəmsal iqtisadiyyat sektorunun formalaşdırılması və idarə edilməsi” mövzusundakı konfrans ilə onlayn bağlantı da həyata keçirilib. Konfransa qatılan AMEA-nın Prezidenti akademik İsa Həbibbəyli iştirakçıları salamlayaraq, onlara öz işlərində uğurlar arzulayıb.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər