Ragim Lətifov: Dövlətimiz istənilən təxribat və təcavüzə qətiyyətlə cavab verəcək

Ragim Lətifov: Dövlətimiz istənilən təxribat və təcavüzə qətiyyətlə cavab verəcək


Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin müavini general-leytenant Ragim Lətifov - Ermənistan Azərbaycan torpaqlarını 30 ilə yaxın işğalda saxlayanda, şəhər və kəndlərimizi viran qoyanda, azərbaycanlılara qarşı XX əsrin dəhşətli cinayəti olan Xocalı soyqırımını törədəndə susan Fransa Senatı, Milli Assambleyası bu gün nədənsə danışmağa başladı. Fransa Senatından sonra Milli Assambleyanın da Azərbaycan əleyhinə çıxartdıqları qərar riyakarlığın, ikiüzlülüyün ən bariz nümunəsidir. Özünü dünyada demokratiyanın, insan hüquqlarının müdafiəçisi hesab edən Fransa əslində dünyada işğalçılıq siyasəti, xalqlara qarşı soyqırım törətmiş bir dövlətdir. Əlcəzairi və bir sıra Afrika dövlətərini əsarət altında saxlayan, insanlarını kütləvi qətlə yetirən Fransanın eyni siyasət həyata keçirən Ermənistanı müdafiə etməsi bu dövlətin əsl simasının göstəricisidir. Fransa Milli Assambleyasının noyabrın 30-da Azərbaycana qarşı qəbul etdiyi qərar bir daha bu ölkənin beynəlxalq hüququn norma və prinsiplərini pozmasına dəlalət edir. Bu gün Fransa Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərqərar olmasını istəməyən qüvvələrin önündə gedir. Fransa hakimiyyəti başda Prezident Makron olmaqla ölkə daxilində nüfuzunu itirməkdədir. Azərbaycanı işğalçı dövlət adlandıran Fransa hakimiyyəti, Senatı və Milli Assambleyası qərar qəbul edərkən öz dövlətlərinin yaxın tarixdə törətdiklərini yəqin unudublar. Lakin dünya ictimaiyyəti bu dəhşətləri heç vaxt unutmayacaq. Fransadan fərqli olaraq Azərbaycan beynəlxalq hüququn bütün prinsiplərinə hörmətlə yanaşır. Azərbaycan öz torpaqlarını işğaldan azad etdi, öz suverenliyi və ərazi bütövlüyü ilə yanaşı beynəlxalq hüququ da bərpa etdi. Fransa dövləti Azərbaycana minnətdar olmalıdır ki, onun da imzası olan BMT TŞ nın 4 qətnaməsinin icrasını Azərbaycan təkbaşına yerinə yetirdi. Fransanın Cənubi Qafqazda öz maraqlarını həyata keçirmək planı baş tutmayacaq. Bu regionda Azərbaycan kimi güclü və qüdrətli dövlət mövcuddur və ölkənin İlham Əliyev kimi lideri var. Azərbaycan bundan sonra da öz müstəqil siyasətini davam etdirəcək və dövlətimiz istənilən təxribat və təcavüzə qətiyyətlə cavab verəcək.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi qanunsuz tikintilərin qarşısını alıb



Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrinin icrasını davam etdirir.

Belə ki, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində müvafiq icazəverici sənədlər olmadan tikinti işlərinin aparılması faktları aşkar edilib.

Göstərilən məsələ ilə əlaqədar FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən görülmüş müvafiq tədbirlərlə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Abşeron Rayon İcra Hakimiyyəti ilə birgə tikilməkdə olan qanunsuz obyektlərin sökülməsi təmin edilib.

Ragim Lətifov: Dövlətimiz istənilən təxribat və təcavüzə qətiyyətlə cavab verəcəkRagim Lətifov: Dövlətimiz istənilən təxribat və təcavüzə qətiyyətlə cavab verəcək
Ragim Lətifov: Dövlətimiz istənilən təxribat və təcavüzə qətiyyətlə cavab verəcək


FHN-in Bakı Regional Mərkəzinin təşəbbüsü ilə Suraxanı Rayon İcra Hakimiyyətində müşavirə keçirilib

Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin təşəbbüsü ilə Suraxanı Rayon İcra Hakimiyyətində “2022-ci ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2023-cü ildə qarşıda duran vəzifələr” və “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda müşavirə keçirilib.

Müşavirənin keçirilməsində əsas məqsəd payız-qış mövsümü ərəfəsində rayon ərazisində yanğın təhlükəsizliyi istiqamətində profilaktik və digər qabaqlayıcı tədbirlərin görülməsi, müvafiq maarifləndirmə işlərinin təşkili, bu işlərə rayon ictimaiyyətinin səfərbər edilməsi, habelə mülki müdafiə sahəsində mövcud vəziyyət, problemlər və onların həlli yollarının müzakirəsi olub.

Tədbirdə FHN Bakı Regional Mərkəzi, Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin, Suraxanı Rayon İcra Hakimiyyətinin və yerli özünüidarəetmə orqanlarının nümayəndələri, rayonun təsərrüfat rəhbərləri, o cümlədən aidiyyəti rayon xidmətləri və təhsil müəssisələrinin, mənzil-kommunal təsərrüfatı təşkilatlarının rəhbərləri iştirak ediblər.

Müşavirədə çıxış edən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov tədbirin əhəmiyyətindən bəhs edib, mülki müdafiə və yanğınlarla mübarizə sahəsində birgə fəaliyyətin vacibliyini vurğulayıb.

Sonra Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov çıxış edərək yanğın hadisələrinə qarşı mübarizədə maarifləndirmənin rolundan danışıb, yaşayış massivlərində fərdi avtomobillərin nizamsız parklanmasının, məhəllələrə girişlərin qeyri-qanuni maneələrlə məhdudlaşdırılmasının yanğın-xilasetmə əməliyyatlarına əngəllər törətdiyini, onların səmərəliliyini aşağı saldığını qeyd edərək, yerli icra və özünüidarəetmə orqanlarını belə hallarla qəti mübarizəyə çağırıb. O, həmçinin rayon ərazisində mülki müdafiə sahəsində mövcud vəziyyət və problemlər, onların həlli yolları barədə ətraflı məlumat verib.

Daha sonra çıxış edən natiqlər “Yaşayış massivlərində yanğınların başvermə səbəbləri: potensial təhlükələr və onların aradan qaldırılma yolları”, “Yanğınların söndürülməsi prosesində qarşıya çıxan problemlər və onların həlli yolları” və “Yaşayış binalarında yanğın təhlükəsizliyinin vəziyyəti” mövzularında ətraflı məlumat veriblər. Həmçinin, Bakı Regional Mərkəzinin əməkdaşları tərəfindən rayon ərazisində yerləşən mülki müdafiə obyektlərində keçirilmiş monitorinqin nəticələri haqqında müşavirə iştirakçılarına məlumat verilib. Qeyd olunub ki, cari ilin təqviminə uyğun olaraq rayon ərazisində yerləşən idarə və təşkilatlara mülki müdafiə üzrə metodiki yardım göstərilib.

Müşavirənin sonunda yanğın təhlükəsizliyi və dəm qazı ilə bağlı videoçarxlar nümayiş olunub, suallar cavablandırılıb.


Ragim Lətifov: Dövlətimiz istənilən təxribat və təcavüzə qətiyyətlə cavab verəcəkRagim Lətifov: Dövlətimiz istənilən təxribat və təcavüzə qətiyyətlə cavab verəcək
Ragim Lətifov: Dövlətimiz istənilən təxribat və təcavüzə qətiyyətlə cavab verəcək
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər