ŞOK UTANC: Türkiyə onların ayağını belə əzdi! - İSTİ DETALLAR

ŞOK UTANC: Türkiyə onların ayağını belə əzdi! - İSTİ DETALLAR


"İstanbul terroru ilə bağlı qeyd ediləsi iki əsas məqam var. Türkiyə Silahlı Qüvvələri "Bura türk əsgəri girə bilməz, burada dövlət qurduq, bura sərbəst bölgədir" deyən PKK-nı əzib keçdi. Bu onlara çox ağır gəldi".

Bunu Musavat.com-a Türkiyənin tanınmış təhlükəsizlik eksperti Abdullah Ağar deyib.

O bildirib ki, PKK Türkiyəyə iftiralar atmağa çalışdı:

"Onlar kimyəvi, termobarik silahlar və s. dedilər, öz əsgərim etdi dedilər. Lakin onların iftiraları türk əsgərinə yapışmadı. Mağaralardakı terrorçular təslim olmağa başladı. Bu, PKK üçün çox böyük bir utanc idi. Bu utancı bir yolla örtməsi lazım idi. İkincisi, Kandil dağındakı terror baronları ilə Suriyadakı terrorçular arasında problem yaşanır.

Türkiyə terrorla çox sərt şəkildə mübarizə aparıb

Bu istiqamətdə terror təşkilatları ilə dolayı və birbaşa yollarla əlaqələr quran dövlətlərin ayağını əzdi. Buraya Qarabağı, Liviyanı, Şərqi Aralıq dənizini, Yunanıstanı aid edə bilərik. Burada Türkiyənin Rusiya-Ukrayna savaşındakı mövqeyini, enerji siyasətini də xüsusi qeyd etmək lazımdır. Digər tərəfdən, Türkiyə siyasət aləmində müəyyən problemlər var. Seçkilər yaxınlaşır. İqtidarın idarəetmə üsulundan, müstəqil siyasət yürütməsindən xoşlanmayanlar var. YPG/PKK-nın İranla əlaqələrini də görmək lazımdır. Ancaq onların əlaqələrini bizdən başqa görənlərin də olduğunu və onların bu işi manipulyasiya edəcəyini də görmək lazımdır. YPG/PKK-nın ABŞ-la əlaqələrini də görmək mütləqdir. Aidiyyəti qurumlar bu işi - terroru deşifrə etmək üçün hazırda hərəkətdədir. Bu istiqamətdə bəzi açıqlamalar var. Bu açıqlamalar ümumi görüntü ilə uzlaşır".Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər