Türkiyə daha 2 şəhid verdi - 4 yaralı

Türkiyə daha 2 şəhid verdi - 4 yaralı


Türkiyə ordusunun 10 fevral etibarilə İraqın şimalında terror təşkilatı PKK silahlılarına qarşı başlatdığı yeni anti-terror əməliyyatında 2 türk əsgəri şəhid olub.

Bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.

“İraqın şimal hissəsində, Qara bölgəsində başladılan “Pəncə Qartal-2” əməliyyatında terrorçularla toqquşma nəticəsində 2 qəhrəman yoldaşımız şəhid olub, 4 qəhrəman yoldaşımız isə yaralanaraq dərhal xəstəxanaya yerləşdirilib. Bölgədə müəyyən olunan hədəflərə hava zərbələri endirilib və terror təşkilatının bölgədəki varlığına ağır zərbə vurulub. Bizi dərd və kədər içində boğan bu hadisədə həyatını itirən şəhidlərimizə Allahdan rəhmət, kədərli ailələrinə, Türk Silahlı Qüvvələri ilə birlikdə nəcib millətimizə başsağlığı və səbr, yaralanan personalımıza təcili şəfa diləyirik” ,- deyə açıqlamada qeyd olunub.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər