Ona etibar edilən bütün işlərdə Elçin Zülfüqarov özünü doğruldub

Ona etibar edilən bütün işlərdə Elçin Zülfüqarov özünü doğruldub


Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin ( SOCAR ) Nəqliyyat İdarəsinin rəisi Elçin Zülfüqarov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Elçin Zülfüqarov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin ( SOCAR ) Nəqliyyat İdarəsinin rəisi Elçin Zülfüqarova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Nəqliyyat İdarəsi Azərbaycan Respublikası Prezidentinin ''Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında'' 24 fevral 2014-cü il tarixli Fərmanına uyğun olaraq yaradılmışdır. Nəqliyyat İdarəsinin əsas məqsədi ARDNŞ-nin Baş ofisi və strukturuna daxil olan qurumlar üzrə təşkilati, idarəçilik, təsərrüfat, istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün tələb edilən avtomobil və xüsusi texniki vasitələrinin təmin olunmasından ibarətdir.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin ( SOCAR ) Nəqliyyat İdarəsinin rəisi Elçin Zülfüqarovdur.

Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin ( SOCAR ) Nəqliyyat İdarəsinin rəisi Elçin Zülfüqarov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Elçin Zülfüqarov bu işin müqəddəsliyini qoruyub saxlayır. Elçin Zülfüqarov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Elçin Zülfüqarov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Elçin Zülfüqarov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin ( SOCAR ) Nəqliyyat İdarəsinin rəisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Elçin Zülfüqarov özünü doğruldub. Bizdə hörmətli Elçin Zülfüqarovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin ( SOCAR ) Nəqliyyat İdarəsinin rəisi Elçin Zülfüqarov - Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan 2022-ci il oktyabrın 20-də birgə tariximizin növbəti şanlı səhifəsini yazdılar. İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda növbəti dəfə tarixi günlər yaşandı. Azərbaycan xalqı iki mühüm hadisəni birlikdə qeyd etdi. Həmin tarixli gün Zəngilan rayonunun işğaldan azad olunması ilə bərabər qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın səfəri və Zəngilan Beynəlxalq Hava Limanının açılışı bir sıra mühüm məqamlarla yadda qaldı. İki qardaş ölkənin liderləri Zəngilandan və Cəbrayıldan dünyaya mühüm mesajlar verdi.

Tarixi bir gündə Türkiyə Prezidentinin Azərbaycanda, Zəngilanda və Cəbrayılda olması xüsusi məna daşıyır. Bu baxımdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana növbəti səfəri tarixi önəm kəsb edir. Çünki bu səfər Azərbaycan-Türkiyə qardaşlığını təcəssüm etdirməklə yanaşı, eyni zamanda regionun gələcək inkişafında böyük əhəmiyyət kəsb edir. Tarixi türk torpağı olan Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi Azərbaycan qədər Türkiyənin də qələbəsidir və 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana göstərdiyi mənəvi və siyasi dəstək bir daha bunu təsdiqləyir.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi Türkiyə bizim əsas müttəfiqimizdir. Qardaşlığımız müharibədən sonra daha da güclənib. Böyük tarixi və siyasi əhəmiyyət daşıyan Şuşa Bəyannaməsi müttəfiqliyimizi daha yüksək mərhələyə qaldırıb. Bu nöqteyi-nəzərdən cənab Ərdoğanın Zəngilan Beynəlxalq Hava Limanının və digər infrastruktur obyektlərin açılışında iştirak etməsi ölkələrimiz arasında mövcud olan siyasi ittifaqın növbəti təzahürüdür. İnkar olunmaz faktdır ki, Türkiyə-Azərbaycan birliyi çox önəmli bir amildir və bu gün bu amil ilk öncə özündə region üçün sülh, sabitlik və davamlı inkişafı ehtiva edir.

Əlbəttə ki, bu günlər ərəfəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarına səfərləri də böyük rəmzi məna daşıyırdı. Səfər çərçivəsində bir çox mühüm obyektlərin təməllərinin qoyulması, yeni tikililərin, o cümlədən Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun 14.2 km-lik Şükürbəyli-Cəbrayıl yolunun açılışı mühüm önəm kəsb edirdi. Şübhəsiz ki, bu bölgədə abadlıq-quruculuq işlərinin aparılması üçün bu yolun strateji əhəmiyyəti çox böyükdür.

Bundan başqa Cəbrayıl rayonu ərazisində “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq meşəsi” Kompleksinin layihəsi ilə yerindəcə tanışlıq və digər layihələrin reallaşdırılması Azərbaycan hökumətinin işğaldan azad olunmuş bölgələrdə planların geniş və yüksək miqyası əhatə etdiyinin sübutudur. 30 illik işğal dönəmində düşmənin viran qoyduğu, məhv etdiyi ərazilərdə Prezident İlham Əliyevin rəhbərliyi altında görülən işlər xalqın və dövlətin bu bölgənin inkişafını əsas hədəf kimi qarşıya məqsəd qoyduğunu göstərir. Eyni zamanda Prezidentin məlum səfəri zamanı Cəbrayıl Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin, “Cəbrayıl” Qovşaq Yarımstansiyasının, həmçinin Qubadlı rayonunda “Bərgüşadçay” və “Zabuxçay” Su anbarlarının tikinti işləri tanışlığı, Qubadlı Elektrik Rəqəmsal İdarəetmə Mərkəzinin təməlinin qoyulması Azərbaycanın bölgədə həyatın bərpa olunması, yeni axara düşməsi üçün atdığı mühüm addımların göstəricisidir.

Bununla yanaşı dövlətimizin başçısının və birinci xanım Mehriban Əliyevanın Ağalı kənd orta məktəbinin şağird-müəllim kollektivi və sakinlərlə görüşü, Arximed turbini tipli Su Elektrik Stansiyasını işə salması, Beynəlxalq Hava Limanında yaradılan şəraitlə tanışlıq, ilk yaşayış binasının və məktəbin təməlqoyma mərasimlərində iştirakları azadlıq həyatı yaşayan Zəngilanda xüsusi bayram əhval-ruhiyyəsi yaratdı.

Açılış mərasimlərində isə Azərbaycan və Türkiyə liderlərinin qardaşlıq münasibətləri və verdiyi mesajlar bir daha onu nümayiş etdirdi ki, işğaldan azad olunan ərazilərin qısa müddətdə bütövlükdə bölgənin ən inkişaf etmiş yaşayış məskəninə çevrilməsi güc və qüdrətimizin məntiqi göstəricisidir.

Bütün bunlar isə bir daha göstərir ki, Azərbaycan və Türkiyə bundan sonra da hər zaman bir yerdə olacaq və bir-birinin təhlükəsizliyini təmin edəcəkdir. Bu isə eyni zamanda bütün Cənubi Qafqazda sülhə və təhülkəsizliyə böyük bir zəmanətdir.

Beləliklə, dostluq, qardaşlıq nümunəsi göstərən dövlət başçıları Şərqi Zəngəzurda yeni tarix yazmaqla bərabər həm də Azərbaycan-Türkiyə dostluğunun və qardaşlığının sarsılmaz və əbədi olduğunu bir daha bütün dünyaya nümayiş etdirdilər.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər