"İran artistlik edir, biz islama daha sadiqik"

"İran artistlik edir, biz islama daha sadiqik"


“İrana məgər yer qəhətdir ki, gəlib Araz çayının qırağındakı 5 metrlik ərazidə hərbi təlimlər keçirəsən. Orada nə bilim körpü qurasan. Araz çayını indi velosipedlə keçmək olar. Bu artistliyin yeri yoxdur”.

Bunu deputat Siyavuş Novruzov parlamentdə çıxışı zamanı deyib.

O vurğulayıb ki, bu yolla hədə-qorxu gəlmək olmaz.

“İran ordusu Mehdinin (şiə məzhəbində 12-ci imam) adından istifadə edib kiməsə təzyiq etmək məqsədi ilə hərbi təlim keçirir. Əgər Mehdinin adından istifadə edib hərbi təlimlər keçirirsənsə, bəs Ermənistanın işğalı zamanı məscidlər, dini abidələr təhqir olunanda, harada idilər. Məgər həmin abidələr İslam dəyərləri deyildi?! Mehdi adından istifadə edirsənsə, o zaman İslam abidələri təhqir ediləndə hərəkətə gələrdilər. Biz İslama daha sadiqik. Hesab edirəm ki, Zəngilan hava limanında Ərdoğanın iştirakı o deməkdir ki, Azərbaycan tək deyil və istənilən təhdid zamanı Azərbaycanı dəstəkləyəcək”, - o qeyd edib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər