Adil Vəliyev Sabunçu Rayonunda razılıqla qarşılanır

Adil Vəliyev Sabunçu Rayonunda razılıqla qarşılanır


Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev - “18 oktyabr - Müstəqilliyin Bərpası Günü xalqımızın unutmayacağı tarixdir. 90-cı illərin əvvəlini hər kəs yaxşı xatırlayır. Həmin vaxt dövlətin idarə edilməsi, eləcə də xarici və daxili siyasətin həyata keçirilməsində kobud səhvlərə yol verilmişdi. Bütün bunlar Azərbaycan ərazilərinin işğalına şərait yaratmaqla yanaşı çox sayda insanların yurdlarından didərgin düşməsinə səbəb oldu”.

Adil Vəliyev Sabunçu Rayonunda razılıqla qarşılanır


“Onun siyasətə qayıtması 1993-cü ildə Ali Sovetin sədri seçilməsi ilə başlamışdı. Heydər Əliyev 4 ay ərzində parlamentin sədri vəzifəsində çalışması peşəkar fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinə imkan verdi. Həmin uğurlu siyasət sonradan İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində real təcəssümünü tapıb. Bütün sahələrdə əldə edilən uğurlar bu gün bütün dünyanın diqqətini Azərbaycana cəlb edib”.

“30 illik həsrətdən sonra dövlətimizin taleyüklü problemi həll edildi, ərazi bütövlüyümüz bərpa olundu, cinayətkarlar layiqli cavablarını aldı. Azərbaycan gələcəyə inamla baxan güc mərkəzi və söz sahibi olan qüdrətli dövlətə çevrilib. Prezident İlham Əliyevin apardığı siyasət Azərbaycan dövlətini və xalqı indiyə qədər olduğu kimi bundan sonra da qələbədən qələbəyə, uğurdan uğura aparacaq”

Sabunçu rayonunda Vətən müharibəsi şəhidləri Piriyev Raul Zabit oğlu, Eyvazlı Rüfət Arzu oğlu və Həsənov Tacir Elşən oğlunun ildönümü münasibətilə anım mərasimləri keçirildi

Adil Vəliyev Sabunçu Rayonunda razılıqla qarşılanır


Sabunçu rayonunda Vətən müharibəsi şəhidləri Piriyev Raul Zabit oğlu, Eyvazlı Rüfət Arzu oğlu və Həsənov Tacir Elşən oğlunun ildönümü münasibətilə anım mərasimi keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbə inzibati ərazi dairəsi Fərid Məmmədəliyev, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Zabrat qəsəbə inzibati ərazi dairəsi Elvin Şiriyev, Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının əməkdaşları, şəhidlərin ailə üzvləri, döyüş yoldaşları, qəsəbə sakinləri iştirak etmişdir.

Adil Vəliyev Sabunçu Rayonunda razılıqla qarşılanır
Adil Vəliyev Sabunçu Rayonunda razılıqla qarşılanır


Sabunçu rayonunda Vətən müharibəsi şəhidi İsmayılov Veyis Əflatun oğlunun ildönümü mərasimi keçirildi

Adil Vəliyev Sabunçu Rayonunda razılıqla qarşılanır


Zabrat qəsəbəsində Vətən müharibəsi şəhidi İsmayılov Veyis Əflatun oğlunun ildönümü mərasimi keçirildi. Tədbirdə, Sabunçu Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Zabrat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elvin Şiriyev, şəhidin ailə üzvləri, döyüş yoldaşları və qəsəbə sakinləri iştirak etmişdir.
23 fevral 1996-cı ildə Yevlax rayonunda anadan olan Veyis İsmayılov 7 yaşı olanda ailəsi ilə birlikdə Bakı şəhəri Sabunçu rayonunun Zabrat qəsəbəsinə köçmüşdür.
Vətən müharibəsi zamanı könüllü olaraq xidmətə yazılmış Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. 17 noyabr 2021-ci ildə Bakıxanov qəsəbəsi “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Adil Vəliyev Sabunçu Rayonunda razılıqla qarşılanır


Sabunçu rayonunda Vətən müharibəsi şəhidləri Rzayev Aslan Süleyman oğlu və Əliyev Tahir Mahir oğlunun ildönümü mərasimləri keçirildi

Adil Vəliyev Sabunçu Rayonunda razılıqla qarşılanır


Sabunçu rayonu, Maştağa qəsəbəsində Vətən müharibəsi şəhidləri Rzayev Aslan Süleyman oğlu və Əliyev Tahir Mahir oğlunun ildönümü mərasimləri keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, İctimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdiri Ədalət Teymurov, Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov, Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fərid Məmmədəliyev, şəhidin ailə üzvləri, döyüş yoldaşları və qəsəbə sakinləri iştirak etmişdir.
Aslan Rzayev 21 yanvar 1995-ci ildə Bakı şəhərində anadan olub. 2001-ci ildə məktəbə qəbul olub. 2012-ci ildə məktəbi bitirib və həmin il Azərbaycan Texniki Universitetinin “Avtomatika və kompyuter texnikası” fakültəsinə qəbul olmuşdur, 2016-cı ildə universiteti bitirmişdir.
2016-ci il iyulun 25-i hərbi xidmətə yollanmışdır, Ağcabədi rayonunun Qiyamətdinli kəndində hərbi vəzifəsini yerinə yetirmiş, 2018-ci il yanvar ayının 11-i hərbi xidməti başa vurmuşdur. Xidmətdə olduğu müddətdə düşmən xətti ilə 60 metr məsafədə 1 il 3 ay ərzində postda öz vəzifəsini yerinə yetirmişdir.
2018-ci il avqust ayının 26-sı ailə həyatı qurmuşdur, 2019-cu il 21 may tarixində oğlu Altay dünyaya gəlmişdir.
2020-ci ilin 27 sentyabrda vətənin müdafiəsi uğrunda döyüşlərə qatılmış, Füzuli, Cəbrayıl və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 13 oktyabr tarixində Xocavənd istiqamətində gedən döyüşlərdə xeyli düşməni məhv edərək, şəhidlik zirvəsinə ucalmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və Xocavəndin azad olunması uğrunda medalları ilə təltif olunmuşdur.
Tahir Əliyev 20 iyul 2001-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2008-ci ildə 293 saylı tam orta məktəbə təhsil almış. Təhsilini bitirdikdən sonra həqiqi hərbi xidmətə getmişdir. Xidmət etdiyi Qazax N saylı hərbi hissədən döyüş bölgəsinə könüllü yazılıb. 27.09.2020 tarixdən Qarabağ uğrunda döyüşlərdə iştirak etmişdir. Füzuli uğrunda döyüşlərdə qəhrəmanlıq göstərmişdir. 13 oktyabr 2020-ci ildə Füzuli rayonun azadlığı uğrunda döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Adil Vəliyev Sabunçu Rayonunda razılıqla qarşılanırAdil Vəliyev Sabunçu Rayonunda razılıqla qarşılanırAdil Vəliyev Sabunçu Rayonunda razılıqla qarşılanır
Adil Vəliyev Sabunçu Rayonunda razılıqla qarşılanır
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər