Samux Rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL

Samux Rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL


Samux Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti fərdi qaydada qəbulu keçirilmişdir

Samux Rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL


Samux Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti fərdi qaydada qəbulu keçirilmişdir.
Qəbulda rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçiləri, aidiyyatı idarə, təşkilat, xidmət sahələrinin rəhbərləri, İnzibati Ərazi Dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak etmişlər.
Vətəndaşların qəbulu saat 10:00-da başlamış, qəbula yazılmış 7 nəfər vətəndaşın müraciəti dinlənilmişdir. Onlardan 2 nəfəri torpaq, 1 nəfəri suvarma suyu, 3 nəfəri məşğulluq və 1 nəfəri isə ailə-məişət problemi ilə bağlı müraciət etmişdirlər.
Dinlənilmiş müraciətlərin və qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyatı qurumların rəhbərlərinə və məsul şəxslərə yerindəcə müvafiq tapşırıqlar verilmişdir.

Samux Rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLSamux Rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL
Samux Rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL


44 günlük Vətən Müharibəsi şəhidi Musayev Ayxan Mehman oğlunun doğum günü ilə bağlı anım mərasimi keçirilib

Samux Rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL


44 günlük Vətən Müharibəsi şəhidi Musayev Ayxan Mehman oğlunun doğum günü ilə bağlı anım mərasimi keçirilib.

Gəncə şəhər şəhidlər xiyabanında dəfn olunmuş şəhid Musayev Ayxan Mehman oğlunun məzarı və ailəsi ziyarət olundu.

Mərasimdə Şəhidimizin ailə üzvləri, Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev, YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Vətən müharibəsi qaziləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasimdə çıxış edən şəxslər şəhidin keçdiyi şərəfli ömür yolundan danışıb və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığını bildiriblər.

Mərasimdə çıxış edən Samux Rayon İcra Hakimiyyəti başçısı Alı Qocayev Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açdı. Bildirildi ki, Azərbaycan xalqı Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və müzəffər ordumuzun qüdrəti altında qəhrəman oğullarımız sonsuz cəsarət və qəhrəmanlıq göstərərək həyatları bahasına torpaqlarımızı düşməndən təmizlədi. Üçrəngli bayrağımız respublikamızın bütün guşələrində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətlə dalğalanmaqdadır.

Vətən müharibəsi şəhidi Musayev Ayxan Mehman oğlu 22 sentyabr 2000-ci il tarixdə Samux şəhərində anadan olmuşdur. Gəncə şəhər 06 saylı tam orta məktəbdə təhsil alıb. Həqiqi hərbi xidmətdə olan əsgər kimi bir çox döyüşlərdə fəal iştirak etmiş, böyük şücaət və qəhrəmanlıq göstərmişdir. 08 noyabr 2020-ci il tarixdə Şuşa istiqamətində gedən döyüşlərdə ağır yaralanıb. 28 noyabr 2020-ci ildə xəstəxanada şəhadətə qovuşub. 29 noyabr 2020-ci il tarixdə Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn olunub. Şəhid torpaqlarımızın işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən mərdliyin və igidliyin göstərilməsinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda" , "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib. Subay idi.

Allahdan bütün şəhidlərə rəhmət diləyirik.

Samux Rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLSamux Rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLSamux Rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLSamux Rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLSamux Rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLSamux Rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL
Samux Rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL


Samux rayonunda düşmən təxribatının qarşısını alarkən yaralanan hərbçilərimizin ailələri ziyarət olunub

Samux Rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL


Samux rayonunda düşmən təxribatının qarşısını alarkən yaralanan hərbçilərimizin ailələri ziyarət olunub.
Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayevin tapşırığına uyğun olaraq sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilmiş genişmiqyaslı təxribatlar zamanı yaralanan hərbi qulluqçuların ailələri evlərində ziyarət edildi, yaralıların səhhətləri, müalicələri, sosial-məişət şəraitləri ilə maraqlanıldı.

Samux şəhərindən olan Nəsirov Tələt Həbib oğlu və Samux rayonunun Qarabağlar kəndindən olan Aslanov Əli Zərqəm oğlunun ailəsi ziyarət edilən zaman 44 günlük Vətən müharibəsində qazanılmış möhtəşəm zəfərdən, Azərbaycan Ordusunun, hərbi qulluqçuların döyüş əzmindən danışıldı, qeyd edildi ki, son hadisələr zamanı yaralanmış hərbi qulluqçuların müalicələri Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında yüksək səviyyədə aparılır. Məlumat üçün qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilmiş genişmiqyaslı təxribatlar zamanı Samux rayonundan olan 2 hərbi qulluqçu yaralanıb, hal-hazırda hər ikisinin vəziyyəti normaldır, müalicələri Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında davam etdirilir. Allahdan bütün şəhidlərimizə rəhmət, yaralılarımıza şəfa diləyirik.

Samux Rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLSamux Rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL
Samux Rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL


Samux rayonunda “Şəhid ailələrinə və qazilərə qayğı dövlətin prioritet vəzifəsidir” movzusunda konfrans keçirildi

Samux Rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL


Samux Rayon İcra Hakimiyyətinin konfrans zalında “Şəhid ailələrinə və qazilərə qayğı dövlətin prioritet vəzifəsidir” movzusunda konfrans keçirildi.

Samux Rayon İcra Hakimiyyətinin təşkil etdiyi konfransda Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev, İcra Hakimiyyəti Başçısı Aparatının əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər. Tədbrir iştirakçılar torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Konfransı çıxış nitqi ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu əsas vəzifələrdən biri də şəhid ailələrinə və qazilərə dövlət qayğısının göstərilməsidir. Məhz bunun bariz nümunəsi kimi biz bu gün şəhid ailələrinə və qazilərə göstərilən qayğı və ehtiramın dövlətin prioritet vəzifəsi olduğunun şahidi oluruq. Respublikamızın hər yerində olduğu kimi Samux rayonunda da şəhid ailələrinə və qazilərə daim diqqət və qayğı göstərilir, onlara mütəmadi olaraq maddi və mənəvi köməkliklər edilir. Belə ki, Samux rayonunda qeydiyyatda olan 23 nəfər Vətən müharibəsi şəhidi ailəsindən 15 nəfəri mənzillə təmin edilib, 4 nəfər Vətən müharibəsi şəhidi ailəsinə digər rayon qeydiyyatında olduqlarına görə aidiyyəti üzrə qeydiyyatda olduqları yer üzrə yerli icra hakimiyyəti orqanlarına müraciət edilməsində müvafiq köməklik göstərilmiş, 17 nəfər özünüməşğulluq proqramlarına cəlb edilmiş, 23 nəfər işlə təmin edilmişdir.

Daha sonra çıxış edən Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rövşən Qurbanov bildirdi ki, Samux rayonundan olan Vətən müharibəsi ilə bağlı əlilliyi müəyyən olunanlardan 21 nəfərə əlillik təyin edilib, 2 nəfəri Samux rayonunda yaşamasına baxmayaraq digər rayon (şəhər) qeydiyyatıdır. Aidiyyəti orqanlar tərəfindən əlilliyin müəyyən olunması prosesi davam edir. Əlilliyi müəyyən olunanlardan 15 nəfər Samux Rayon İcra Hakimiyyəti tərəfindən imtiyazlı mənzil növbəsinə götürülmüş, 8 nəfər mənzillə təmin edilmiş, digərləri mənzil növbəsinə alınmaları üçün qanunvericiliklə müəyyən olunmuş sənədləri təqdim etmələri, hüquq və imtiyazları haqqında məlumatlandırılmışdır. Əlilliyi müəyyən olunan 21 nəfərdən 8 nəfəri özünüməşğulluq proqramına cəlb olunaraq aktivlərlə təmin edilmiş, 10 nəfərin özünüməşğulluq proqramına qoşulmaları ilə bağlı müraciətləri qeydiyyata alınıb, yaxın gələcəkdə aidiyyəti orqan tərəfindən aktivlərlə təmin edilmələri planlaşdırılır. Özünüməşğulluq proqramına cəlb olunmaq üçün müraciət etməyənlərə müraciət etmələri tövsiyə edilmişdir.

Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qurban Həsənov çıxışında qeyd etdi ki, Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayevin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq şəhid ailələri, müharibə iştirakçıları və oxşar kateqoriyadan olan imtiyazlı şəxslər ilə Rayon İcra Hakimiyyətinin inzibati binasında və yaşadıqları evlərində çoxsaylı görüşlər təşkil edilmiş, müraciətləri dinlənilmişdir. Şəhid ailələri, qazilər və imtiyazlı kateqoriyadan olan digər şəxslərlə təşkil edilmiş görüşlərdə onları narahat edən məsələlərin həlli Rayon İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olduqda bir neçəsi yerindəcə həll edilmiş və ya araşdırılaraq müvafiq köməklik göstərilmiş, həlli Rayon İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı aidiyyəti üzrə müraciət edilməsi qaydaları izah edilmiş, mərkəzi icra hakimiyyətləri orqanlarına rəsmi məktublar ünvanlanmış, sosial-məişət şəraitlərinin yaxşılaşdırılması məqsədilə əlavə dəstək olaraq ayrı-ayrı vaxtlarda maddi yardımlar olunmuşdur.

Şəhidlərin adının əbədiləşdirilməsi ilə bağlı şəhidlərin adları yaşadıqları küçəyə verilmiş, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına uyğun olaraq ordenlə təltif edilmiş şəhidlərin adlarının məktəblərə verilməsi üçün Nazirlər Kabineti qarşısında vəsatətlər qaldırılmışdır.

Samux Rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLSamux Rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLSamux Rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər