Naxçıvanda Ermənistana məxsus PUA zərərsizləşdirilib - FOTO

Naxçıvanda Ermənistana məxsus PUA zərərsizləşdirilib - FOTO


Naxçıvanda Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) zərərsizləşdirilib.

Bu barədə Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Ermənistan ordusunun təxribatlarına qarşı Azərbaycan ordusunun sarsıdıcı zərbələrindən nəticə çıxarmayan Ermənistan silahlı qüvvələri cəbhənin müxtəlif istiqamətlərində kəşfiyyat xarakterli fəaliyyətlərini davam etdirir.

"Sentyabrın 16-sı gündüz saatlarında Naxçıvan Muxtar Respublikasında Əlahiddə Ümumqoşun Ordunun müdafiə mövqeləri üzərində kəşfiyyat xarekterli uçuşlar həyata keçirməyə cəhd edən Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) Əlahiddə Ümumqoşun Ordunun Hava Hücumundan Müdafiə bölmələri tərəfindən aşkar olunaraq xüsusi texniki vasitələrlə endirilərək zərərsizləşdirilib", - Əlahiddə Ümumqoşun Ordudan qeyd olunub.

Naxçıvanda Ermənistana məxsus PUA zərərsizləşdirilib - FOTOБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər