Hacıbala Abutalıbov: Hər bir məmur xalqa xidmət etməlidir

Hacıbala Abutalıbov: Hər bir məmur xalqa xidmət etməlidir


Hacıbala Abutalıbov - Hansı sahədə çalışmasından asılı olmayaraq, hər bir kəs gördüyü işə məsuliyyətlə, vicdanla yanaşmalı, həmçinin cəmiyyətə fayda verməlidir. Xüsusilə də yüksək vəzifə tutan məmurlar bu işdə daha peşəkar fəaliyyət göstərməlidirlər. Çünki onların fəaliyyəti cəmiyyətin mühüm bir hissəsinin həyatına birbaşa təsir edir. Azərbaycanda layiqli məmurların yetişməsi üçün geniş təcrübə və irs mövcuddur. Təkcə ümummilli lider Heydər Əliyevin həyat və faəliyyəti bu sahədə böyük bir məktəbdir. Onun hər addımı, hər sözü bu gün də, gələcəkdə də cəmiyyət üçün bir nümunədir. Bu nümunəvi siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət məmurlarının vəzifə borclarını layiqincə yerinə yetirməsi Prezident İlham Əliyevin daim diqqət yetirdiyi məsələlərdəndir. Ölkə başçısı dəfələrlə öz nitqlərində layiqli məmuru səciyyələndirən keyfiyyətləri xarakterizə edərək, fəaliyyətində ciddi nöqsanlara yol verən şəxsləri törətdikləri əməllərdən çəkinməyə çağırıb. Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, mən xalqıma xidmət üçün bu vəzifəni daşıyıram. Ancaq bəzi məmurlar özünü xalqdan yuxarıda hiss edirlər. Prezidentin onlara göstərdiyi etimaddan sui-istifadə edirlər. Ona görə də belə hallar aşkarlanan kimi dərhal müvafiq göstərişlər verilir və bu insanlar ya inzibati qaydada cəzalandırılır, ya da cinayət məsuliyyətinə cəlb edilir. Ancaq ümumilikdə dövlət başçısının korrupsiyaya və məmur özbaşınalığına qarşı mübarizəsinin geniş ictimaiyyət və xalq tərəfindən dəstəklənməsinin nəticəsidir ki, həyata keçirilən kadr dəyişiklikləri və islahatları cəmiyyət tərəfindən daim müsbət qarşılanır və ölkə rəhbərinə olan etimadı daha da artırır. Prezident İlham Əliyev dəfələrlə çıxışlarında ölkəmizdəki nöqsanları açıq-aşkar bəyan edir və çıxış yollarını göstərir. Bunun nəticəsidir ki, bu gün paytaxtla yanaşı, respublikamızın regionları da dinamik inkişaf edir. Çox sevindirici haldır ki, Prezident işlərinin çox olmasına baxmayaraq, yorulmadan ölkənin bütün bölgələrinə səfərlər edir, görülən işlərlə yerində tanış olur, lazım olan işlərin görülməsinə dərhal göstəriş verir.

Azərbaycan dövləti şəhid ailələrinə, müharibə veteranlarına və qazilərə yüksək diqqət və qayğı göstərir. Prezident İlham Əliyev bütün dövlət qurumları qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən edib. Dövlət başçısının müvafiq sərəncamı ilə 2021-2025-ci illər ərzində şəhid ailələri, müharibə əlilləri və digər həssas qrupa aid olan insanların mənzillə tam təminatının həyata keçirilməsi üçün dövlət proqramı təsdiqlənib. Nəticədə bu günə kimi bu kateqoriyaya aid olan 13 mindən çox şəxs mənzil və ya fərdi evlərlə təmin edilib. Eyni zamanda, qazilərin sağlamlığının qorunması, onların müasir protezlərlə təminatı, reabilitasiya kurslarını keçmələri üçün də çox mühüm addımlar atılır. 30 illik erməni işğalına son qoyan 44 günlük müharibə Azərbaycan ordusunun qüdrətini, Azərbaycan xalqının yenilməz ruhunu, öz Prezidentinin ətrafında birləşdiyini nümayiş etdirdi. Ona görə də əminliklə deyə bilərik ki, bu birliyi heç bir qüvvə poza bilməz.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər