Qadın voleybolçulardan ibarət Azərbaycan yığması Avropa Liqasında qrupda liderliyə yüksəlib

Qadın voleybolçulardan ibarət Azərbaycan yığması Avropa Liqasında qrupda liderliyə yüksəlib
















Komandamız rəqibi Monteneqroya da şans verməyib

Ötən gün qadın voleybolçulardan ibarət yığmamız Avropa Liqasında növbəti oyununu keçirib. B qrupunda yer alan Azərbaycan millisi meydan sahibləri ilə üz-üzə gəlib.

Komandamız rəqibi Monteneqroya da şans verməyib. Millimiz 3:0 hesablı qələbə qazanaraq qrupda liderliyə yüksəlib.

Qeyd edək ki, Faiq Qarayevin yetirmələri dünən Fransa ilə keçirilən ilk görüşdə də 3:0 hesablı qələbə qazanmışdı.

B qrupu

Azərbaycan – Monteneqro - 3:0 (25:21, 25:23, 25:22)

Turnir cədvəli:

1. Azərbaycan – 6

2. Monteneqro - 3

3. İspaniya - 2

4. Fransa - 1
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər