Vilayət Eyvazov Adil Əliyevi təltif etdi - FOTO

Vilayət Eyvazov Adil Əliyevi təltif etdi - FOTO


Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Milli Məclisin sədr müavini Adil Əliyevi təltif edib.

Bu barədə A. Əliyev məlumat verib:
“Azərbaycan Respublikasının daxili işlər naziri, general - polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə "Azərbaycan Polisinin 100 illiyi (1918–2018)" yubiley medalı ilə təltif edildim.

Ölkəmizdə polis orqanlarının inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Eyni zamanda Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən hər zaman bu quruma yüksək diqqət və qayğı göstərilmişdir.

Fəxr edirəm ki, mən və yaxınlarım istər Ulu Öndərin, istərsə də Müzəffər Ali Baş Komandanın dövründə daxili işlər orqanlarında şərəfli xidmət yolu keçmişik. Cənab nazirə bir daha minnətdarlığımı bildirir, rəhbərlik etdiyi kollektivə uğurlar arzu edirəm”.

Vilayət Eyvazov Adil Əliyevi təltif etdi - FOTOVilayət Eyvazov Adil Əliyevi təltif etdi - FOTOБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər