Xocalı qatilinin varidatı müsadirə ediləcək

Xocalı qatilinin varidatı müsadirə ediləcək


Prokurorluq Xocalı soyqırmını, azərbaycanlılara qarşı çoxsaylı hərbi cinayətlər törtəmiş general Manvel Qriqoryanın 7,3 mln dollarlıq varidantını müsadirə etmək istəyir.

Ermənistan Baş Prokurorluğunun Qanunsuz Mənşəli Əmlakın Müsadirəsi Departamenti mərhum Manvel Qriqoryanın varislərindən dəyəri 5,7 mln dollar olan 28 ədəd daşınmaz əmlakın, 16 nəqliyyat vasitəsinin, mümkün olmadıqda isə vəsaitin müsadirə edilməsi ilə bağlı məhkəməyə vəsatət təqdim edib.

Bundan əlavə, Baş Prokurorluq 1,5 milyon dollardan çox nağd vəsaiti geri qaytarmaq istəyir.

Qeyd edək ki, Manvel Qriqoryan 2020-ci ilin noyabrında ölüb. O, Azərbaycan torpaqlarının qanlı işğalının fəal iştirakçılarındandır. Qriqoryan Qarabağ müharibəsində əsir götürdükləri yüzlərlə azərbaycanlıdan birini dörd il evində qul kimi saxladığını etiraf edib. Onun dəstəsi Qarabağda azərbaycanlı mülki şəxslərə qarşı xüsusi qəddarlığı ilə seçilib. Cani Ermənistan silahlı qüvvələrinin hərbçisi kimi işğal altında olan Qarabağ bölgəsində müxtəlif hərbi hissələrdə komandirlik edib, Ermənistan ordusunda korpus komandiri işləyib. 1996-cı ildə general-mayor, 2000-ci ildə general-leytenant ali hərbi rütbəsi alıb. 2000-2008-ci illərdə müdafiə nazirinin müavini postunu tutub.

2018-ci il iyunun 16-da Milli Təhlükəsizlik Xidmətinin tutduğu M.Qriqoryan qanunsuz silah-sursat saxlamaqda, özgə əmlakını talamaqda təqsirli bilinərək həbs edilib. 2020-ci ilin sentyabrında Azərbaycan ordusunun möhtəşəm hücum əməliyyatından sonra səhhəti pisləşərək xəsətəxanaya yerləşdirilib, həmin ilin noyabr ayında isə ölüb.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər