Taleh Qaraşov Qarabağ qazilərinə və şəhid ailələrinə daim diqqət və qayğı göstərir

Taleh Qaraşov Qarabağ qazilərinə və şəhid ailələrinə daim diqqət və qayğı göstərir


Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Taleh Qaraşov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Vətən müharibəsi şəhidi Rzazadə Mirməhəmmədəlinin xatirə lövhəsinin açılışı olub

Vətən müharibəsi şəhidi Rzazadə Mirməhəmmədəli Tərlan oğlu doğum günündə ata ocağında Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun, İcra aparatının məsul şəxslərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə anılıb. Adını daşıyan küçədə xatirə lövhəsinin açılış mərasimi şəhidimizin doğum gündə baş tutub. Dövlət himninin səslənməsindən sonra torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman Vətən övladlarının ölməz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Lənkəran ŞİH başçısı Taleh Qaraşov çıxışında bildirib ki, torpaqlarımızın azad olunmasına, suveren hüquqlarımızın bərpasına və sərhədlərimizə tam nəzarət edə bildiyimizə görə şəhidlərimizə borcluyuq. Bir ailənin övladı kimi Vətənin müdafiəsinə qalxan Mirməhəmməd kimi qəhrəman övladlarımız bütün xalqın övladı, əzizi kimi daim qəlblərdə yaşayacaqlar. Dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhidlərimizin adının əbədiləşdirilməsi istiqamətində mühüm fəaliyyətləri barədə danışan icra başçısı qeyd edib ki, sözügedən məsələ hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzindədir. “Biz şəhidlərimizin xatirəsinin yad olunması və adının əbədiləşdirilməsi istiqamətində atılan bütün addımları təqdirəlayiq hesab edirik” deyən T.Qaraşov belə təşəbbüslərin gənc nəslin vətənpərvər ruhda böyüməsi istiqamətində mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb. Şəhidimizin anası Məmmədova Gülbəniz Aydın qızı çıxışında bütün şəhidlərimizlə fəxr etdiyini, oğul itkisinin ağır olmasına baxmayaraq övladının Vətən uğrunda şəhid olmasının ona təskinlik və təsəlli verdiyini bildirib. Şəhid anası qeyd edib ki, Mirməhəmmədəli kimi qəhrəman övladlarımız ən ali amal uğrunda canlarından keçməklə əbədiyaşarlıq zirvəsinə yüksəliblər. G. Məmmədova övlad itkisinin ağır və çətinliyini, acısını hər zaman onlarla paylaşdıqlarına görə rayon rəhbərliyinə təşəkkürünü bildirib. Şəhid anası cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi qayğısını daim hiss etdiyi üçün onlara səmimi minnətdarlığını ifadə edib. Daha sonra tədbir məktəblilərin ifasında qəhrəman şəhidlərimizə həsr olunan şerlərin səslənməsi ilə davam edib. Qeyd edirik ki, Rzazadə Mirməhəmmədəli Tərlan oğlu döyüşlərdə göstərdiyi igidlik və şücaətə görə Ali Baş Komandan İlham Əliyev tərəfindən ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.Taleh Qaraşov Qarabağ qazilərinə və şəhid ailələrinə daim diqqət və qayğı göstərirTaleh Qaraşov Qarabağ qazilərinə və şəhid ailələrinə daim diqqət və qayğı göstərir
Taleh Qaraşov Qarabağ qazilərinə və şəhid ailələrinə daim diqqət və qayğı göstərir


Taleh Qaraşov daha bir ucqar dağ kəndi olan Biləsərdə səyyar qəbul-görüş keçirib

Taleh Qaraşov Qarabağ qazilərinə və şəhid ailələrinə daim diqqət və qayğı göstərir


Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü ucqar dağ kəndi olan Biləsərdə keçirib. Açıq havada baş tutan səyyar qəbul-görüş torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Qəbul-görüşdə İcra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, eyni zamanda yerli idarə və müəssisələrin nümayəndələri iştirak ediblər. Lənkəran ŞİH başçı Taleh Qaraşov öncəliklə ənənəvi olaraq şəhid ailələri, qazilər və müharibə iştirakçılarının qayğı və problemlərini dinləyib, onların həlli istiqamətində müvafiq göstəriş və tapşırıqlarını verib. Qaldırılan bütün məsələlərin şəxsi nəzarətində olduğunu söyləyən İcra başçısı bildirib ki, vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılması, birbaşa dialoqun təşkili dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən məmurlar qarşısında qoyulan tələblərdəndir. T.Qaqaşov qeyd edib ki, şəhid ailələri, qazilər və müharibə iştirakçıları, habelə aztəminatlı ailələrin qayğı və problemlərinin həlli istiqamətində son dövrlər mütəmadi çoxsaylı addımlar atılır. Bütün bunların Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı nəticəsində mümkün olduğunu vurğulayan İcra başçısı hər zaman həssas təbəqədən olan insanların diqqət mərkəzində saxlanmasının vacibliyindən danışdı. Yerli sakinlər də çıxışlarında rayonun rəhbər şəxslərinin onlarla birbaşa dialoq qurmasından, qaldırılan məsələlərin yerində həll olunmasından, habelə aidiyyəti üzrə müvafiq idarə və müəssisələrə rəsmi şəkildə müraciət olunmasından məmnunluqlarını ifadə etdilər. Ucqar dağ kəndinin sakinləri hər zaman olduğu kimi qaldırılan bütün məsələlərin həll olunacağına inandıqlarını və qlobal ərzaq qıtlığına baxmayaraq bunun gündəlik həyatlarında müşahidə olunmadığını qeyd edərək, bütün bunlara görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.

Taleh Qaraşov Qarabağ qazilərinə və şəhid ailələrinə daim diqqət və qayğı göstərirTaleh Qaraşov Qarabağ qazilərinə və şəhid ailələrinə daim diqqət və qayğı göstərir
Taleh Qaraşov Qarabağ qazilərinə və şəhid ailələrinə daim diqqət və qayğı göstərir
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər