Qoşqar Zeynalov: Azərbaycana etimad göstərilməsi ölkəmizin beynəlxalq aləmdə qazandığı nüfuz və etibarın təzahürüdür

Qoşqar Zeynalov: Azərbaycana etimad göstərilməsi ölkəmizin beynəlxalq aləmdə qazandığı nüfuz və etibarın təzahürüdür


Qoşqar Zeynalov - Son zamanlar beynəlxalq mühüm tədbirlərə ev sahibliyi etmək üçün Azərbaycana etimad göstərilməsi təsadüfi deyil, bu ölkəmizin dünya dövlətləri arasında qazandığı nüfuz və etibarın təzahürüdür. Bu etimad Prezident İlham Əliyevin rəhbərliyi ilə uzun illər ərzində həyata keçirilən uğurlu siyasətin real nəticəsidir. Belə mötəbər tədbirlərdən biri də, iyunun 16-da Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən, beynəlxalq məsələlərin müzakirə edildiyi IX Qlobal Bakı Forumudur. Bu, hər şeydən əvvəl, Azərbaycana və Azərbaycan Respublikasının Prezidentinə olan yüksək inam və etimadın göstəricisidir. Azərbaycanın IX Qlobal Bakı Forumu kimi mötəbər beynəlxalq tədbirə ev sahibliyi etməsini şərtləndirən mühüm amillərdən biri də ölkəmizdə etibarlı ictimai-siyasi sabitlik və təhlükəsizlik mühitinin mövcud olmasıdır. Forumda 50-dən çox ölkədən ali və yüksək səviyyəli nümayəndələr, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqların iştirak etməsi forumun müzakirələrinin aktuallığını, cəlbedici və faydalı olduğunu nümayiş etdirir.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2013-cü ildən etibarən keçirilən Qlobal Bakı Forumunda bəşəriyyəti narahat edən ən önəmli məsələlər, dünyada baş verən mühüm siyasi hadisələr, habelə planetin gələcəyi üçün insanları narahat edən məsələlər müzakirə olunur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev forumun açılışında dərin məzmunlu çıxış edərək, region və dünya əhəmiyyətli məsələlərə, müasir qlobal çağırışlara və təhdidlərə geniş şəkildə toxundu və Ermənistana olduqca mühüm mesajlar verdi. Azərbaycan və Ermənistan münasibətlərinin bu günü və gələcəyi, Zəngəzur dəhlizi və onun açılmasının önəmi ilə bağlı, Ermənistan tərəfinin destruktiv mövqeyi barədə mühüm fikirlər səsləndirən dövlətimizin başçısı vurğuladı ki, regionda sülhün, sabitliyin bərqərar olması üçün Ermənistan tərəfi Azərbaycanın sülh səylərini dəstəkləməli və təxribat xarakterli addımlarından imtina etməlidir.

Cənab Prezidentimiz öz çıxışı zamanı Azərbaycanın sülh çağırışlarını bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı. “Dağlıq Qarabağ” adlandırılan ərazinin, inzibati strukturun mövcud olmadığını xüsusilə vurğuladı. Əgər Ermənistan öz ərazi iddialarından əl çəkməsə, Azərbaycanın ərazi bütövlüyünü tanımasa, o zaman Azərbaycanın da Ermənistanın ərazi bütövlüyünü sual altına qoymaqdan başqa çıxış yolu qalmayacaqdır. Dırnaqarası statusla bağlı istənilən istinad yeni qarşıdurmaya gətirib çıxara bilər, ona görə də Ermənistan hökuməti bunu anlamalı və tarixi yenidən yazmaq cəhdlərindən çəkinməlidir. 1920-ci ilin noyabrında sovet hakimiyyəti Azərbaycanın tarixi parçası olan Zəngəzuru Ermənistana birləşdirdi. Yəni, Ermənistan Qarabağdakı ermənilər üçün status tələb etməyə cəhd edəcəksə, azərbaycanlılar da Qərbi Zəngəzurda özləri üçün status tələb edə bilərlər. Kommunikasiyaların açılması ilə bağlı isə Ermənistan 2020-ci il 10 noyabr tarixində imzalanmış Üçtərəfli Bəyanata əməl etməlidir ki, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə əlaqəsi olsun. Lakin kapitulyasiya aktının imzalanmasından bir il yarımdan çox vaxt keçməsinə baxmayaraq, heç bir çıxış təmin olunmayıb. Bu, Ermənistan tərəfindən Üçtərəfli Bəyanatın müddəalarının pozulmasıdır. Həmin Bəyanata əsasən, bir il yarımdır ki, ermənilər Laçın yolundan istifadə edirlər. Azərbaycanlılar isə Ermənistan ərazisindən keçən yoldan, bizi Naxçıvanla birləşdirən Zəngəzur dəhlizindən istifadə edə bilmirlər. Biz bununla razılaşmayacağıq.

Şübhəsiz ki, Azərbaycanın IX Qlobal Bakı Forumuna ev sahibliyi etməsi Azərbaycan həqiqətlərinin, ölkəmizin ədalətli mövqeyinin dünyaya yayılması baxımından da mühüm əhəmiyyətə malikdir. Foruma gələn qonaqlar özləri də şahid olurlar ki, Azərbaycan sürətlə inkişaf edən, demokratik azadlıqların qorunduğu, islahatlar gedən bir dövlətdir.

Ümumilikdə deyə bilərik ki, IX Qlobal Bakı Forumunun müzakirələri çox məhsuldar oldu və qlobal arenada ən vacib məsələlərlə bağlı çox açıq və səmimi müzakirələr keçirildi.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər