Xaləddin İsgəndərovun müavini döyüldü: İcra nümayindəsinin müavini hadisə yerindən qaçdı

 Xaləddin İsgəndərovun müavini döyüldü: İcra nümayindəsinin müavini hadisə yerindən qaçdı












Sumqayıt ŞİH-nin başçısı Zakir Fərəcovla, Binəqədi RİH-nin başçısı Xaləddin İsgəndərov arasında yaşanan ciddi problemlə bağlı maraqlı məlumat daxil olub

Belə ki, başçılar arasında baş verən qarşudurma böyük biabırçılıqla nəticələndi. Məlumat verən mənbə vurğulayır ki, Novxanı çimərliyi istiqamətindəki girişinə “Sumqayıt” sözü yazılan lövhə quraşdırması olub. Bununla “Spring” oteldən şəhərə doğru ərazilərin Sumqayıta məxsus olduğunu simvollaşdıran Z.Fərəcovun bu addımı X.İsgəndərovun qəzəbinə səbəb olub.

Nəticədə cənab İsgəndərov Fərəcovun qoydurduğu həmin lövhəni götürmək barədə tapşırıq verib. Hadisə yerinə gələn hüquq mühafizə orqanları Binəqədi İH başçısının birinci müavini Qəzənfər Süleymanovu saxlayaraq şöbəyə aparıblar. Mənbə daha sonra vurğulayır ki, Qəzənfər Süleymanovla gələn mülki geyimli şəxslər hadisə yerindən qaçıb. Onlardan birinin kimliyi artıq bizə bəllidir. Məlumata görə, qaçan şəxs Sulutəpə qəsəbə icra nümayindəsinin Çingiz adlı müavini olub. Əslən Laçın rayonundan olan Çingiz müəllimlə telefon əlaqəsi yaratmağa çalışdıq. Əfsüslər olsun ki, adı hallanan şəxsl zənglərimizi cavabsız qoydu.

Bunlardan əlavə Binəqədi RİH-nin başçısı Xaləddin İsgəndərov rəhbər olduğu rayonda elə bir ab-hava yaradıb ki, sanki açıq bazarı xatırladır. Etibarlı mənbəmizin verdiyi son məlumatlarına görə, Binəqədi rayonunda fərdi evlərin tikilişi, fərqli qiymətlərlə hesablanır. İki mərtəbəli ev inşa etdirmək istəyən 20.000(min), bir mərtəbəli isə 10.000(min)manat “tərləməlidir”. Lakin Sulutəpə qəsəbəsində qiymətlər rayondan bir az fərqlənir. Amma başçının “qanunlarına” tabe olmayan vətəndaş sərt şəkildə cəzalandırılır. Əslində Xaləddin İsgəndərovun qara işlərini Çingiz adlı şəxs həyata keçirir. Etibarı ilə seçilən icra nümayindəsinin müavini qəsəbədə söz sahibi olduğu haqda məlumatlar durmadan artır(Bu barədə növbəti yazılarımızda).

Dosye.org saytına daxil olan digər bir şok doğuracaq məlumat ondan ibarətdir ki, Binəqədi RİH-nin başçısı Xaləddin İsgəndərov özünəməxsüs formada rayona rəhbərlik edir. Amma bizi maraqlandıran məsələ ondan ibarətdir ki, nədən Xaləddin İsgəndərov 65 qadına ən mühüm işləri həvalə edib? Bununla icra başçısı kişi cinsindən olan və bacarıqalrı ilə seçilən insanlara nə demək istəyir.

Binəqədi rayon icra hakimiyyətindən sızan məlumatlara inansaq, 65 qadın məhz Qəzənfər Süleymanovun yaxınlarıdır. Bu istiqamətdə araşdırmalarımz davam edir. Bizi izləməyi unutmayın

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. dosye.orgБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər