Ona etibar edilən bütün postlarda İsmayıl İsmayılov özünü doğruldub

Ona etibar edilən bütün postlarda  İsmayıl İsmayılov özünü doğruldub
















Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin müavini İsmayıl İsmayılov dövlətimizə və rəhbərliyə sədaqət nümunəsidir!

Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin müavini İsmayıl İsmayılovdur.

İsmayılov İsmayıl Sultan oğlu 1957-ci il 01 yanvarda Naxçıvan şəhərində anadan olub. 1978-1982-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirmişdir. 1984-1988-ci illərdə Moskva Dövlət Mərkəzi Bədən Tərbiyəsi İnstitutunun aspiranturasının “Bədən tərbiyəsi nəzəriyyəsi və metodikası” nı idman məşqçi və müalicə bədən tərbiyəsi ixtisası üzrə bitirmişdir. 2009-cu ildə Professor elmi adına layiq görülmüşdür. 1982-1990-cı illərdə Ağır atletika idman növü üzrə SSRİ yığma komandasının elmi-kompleks qrupunun rəhbəri, 1992-1994-cü illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Komitəsində baş mütəxəssisi, 1994-1996-cı illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində baş təlimatçısı, 1996-2006-cı illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında elmi işlər üzrə prorektor vəzifəsində işləmişdir. 2006-cı ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin müavini vəzifəsinə təyin edilmişdir.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin müavini İsmayıl İsmayılov vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmurdur.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin müavini İsmayıl İsmayılov vəzifəyə gəldiyi gündən görülən işlərin siyahısına nəzər salanda həyata keçirilən genişmiqyaslı işlərin bariz nümunəsini görmək olar.

Yaxşıların yaxşı olduğunu deməklə kimin-kim olduğunu deyirik, yaxşılara yaxşı deməklə onları daha böyük işlər görməyə ruhlandırırıq. Digərlərini isə yaxşılardan nümunə götürməyə səsləyirik. “Xalqın ən böyük xidmətçisi mənəm. Məndən nümunə götürün” – deyən prezident İlham Əliyevdən kim nümunə götürdü?

İsmayıl İsmayılov yüksək insanlığı ilə seçilən bir insan və Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin müavinidir!

İsmayıl İsmayılov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

İsmayıl İsmayılov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün postlarda İsmayıl İsmayılov özünü doğruldub. Bizdə hörmətli İsmayıl İsmayılovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər