Rus polkovnikin efirdə sözləri kəsildi, şok etiraflar

Rus polkovnikin efirdə sözləri kəsildi, şok etiraflar


Rusiya ordusunun ehtiyatda olan polkovniki Mixail Xodarenok Rusiyanın dövlət televiziyası “Rossiya-1”də Olqa Skabeyevanın təqdim etdiyi “60 dəqiqə” proqramında ölkəsinin Ukraynaya hücumlarını tənqid edib. O bildirib ki, buna görə ölkəsi dünyada təklənib və vəziyyət getdikcə pisləşəcək. Polkovnik həmçinin yaranmış durumdan çıxmağın zərurliyini canlı efirdə dilə gətirib.

Ukraynadakı vəziyyətin Rusiya ordusu üçün pisləşdiyini dilə gətirən Xodarenok deyib ki, Ukrayna Qərbdən əlavə hərbi yardım aldığından Rusiya üçün vəziyyət açıq şəkildə pisləşir.

“Ukrayna ordusu 1 milyon ukraynalını silahlandıra bilər və bu istisna deyil. Bu gün Ukraynada insanlar öz vətənlərini qorumaq üçün silahlanmağa və ölməyə hazır vəziyyətdədir”, - polkovnik qeyd edib.

Bütün dünyanın onlara qarşı durduğunu bildirən Xodarenok deyib ki, ən böyük problem tam təcrid vəziyyətdə olmalarıdır: “Nə qədər nifrət etsək də, etiraf etməliyik ki, bütün dünya həqiqətən bizə qarşıdır və biz bu vəziyyətdən çıxmalıyıq”.

Xodarenokun sözləri studiyada soyuq duş effekti yaratsa da, verilişin aparıcısı Skabeyeva bir neçə dəfə ehtiyatda olan polkovnikin sözünü kəsməyə çalışıb.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər