Yevlaxda qadın ərini bıçaqladı

Yevlaxda qadın ərini bıçaqladı















Abdullayeva tutulub

Yevlaxda bıçaqlanma hadisəsi baş verib.

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun İsmayılabad kəndində qeydə alınıb.

Rayon sakini, 1980-ci il təvəllüdlü Xatirə Abdullayeva yaşadığı evdə ailə-məişət münaqişəsi zəminində əri, 1982-ci il təvəllüdlü Ağasəf Abdullayevi bıçaqlayıb. A.Abdullayev ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən X.Abdullayeva tutulub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər