Ərdoğan: Ermənistanla problemlər tezliklə aradan qalxacaq, ticarət əlaqələri başlayacaq

Ərdoğan: Ermənistanla problemlər tezliklə aradan qalxacaq, ticarət əlaqələri başlayacaq


Ermənistanla münasibətlərin normallaşması prosesi davam edir.
“Türkiyeqazeti” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan milli və dini azlıqların nümayəndələri ilə görüşündə Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması məsələsinə toxunarkən deyib.
Türkiyə prezidenti iki ölkə arasında ticarət əlaqələrinin tezliklə bərpa olunacağını açıqlayıb. “Tezliklə ticari əlaqələr başlayacaq və Ermənistanla problemlər aradan qaldırılacaq. İnşallah sərhədlər açılacaq və dostluq əlaqələrimiz davam edəcək”, - deyə Ərdoğan bildirib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər