Azərbaycanda daha bir məmur saxlanıldı

Azərbaycanda daha bir məmur saxlanıldı


Göyçay Rayon İcra Hakimiyyətinin (RİH) şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rəşad Şükürov saxlanılıb.

O, bir neçə gün əvvəl Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən tutulub.

Onun korrupsiya cinayəti ilə bağlı saxlanıldığı bildirilir.

Baş Prokurorluğun Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib.

Qeyd edək ki, bir müddət əvvəl Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Göyçay RİH-də yoxlamalar başlayıb, bir neçə şəxsin saxlanıldığı barədə məlumatlar yayılmışdı.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər