Azərbaycanda polis mayoru qəzada öldü - FOTO

Azərbaycanda polis mayoru qəzada öldü - FOTO


Yevlaxda yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.az məlumatına görə, qəza zamanı “Chevrolet Cruze” markalı avtomobil yük maşınına çırpılıb.

Hadisə nəticəsində minik avtomobilinin sürücüsü, 32 yaşlı Faiq Cəfərov ağır xəsarətlər alıb.

O xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Qeyd edək ki, polis mayoru F.Cəfərov Yevlax Rayon Polis Şöbəsinin baş təhqiqatçısı vəzifəsində çalışıb. Qəza işdən evə gedən zaman baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan faktı saytımıza təsdiqləyiblər.

Azərbaycanda polis mayoru qəzada öldü - FOTOБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər