Mehmet Özkan: Putin bu hərəkəti ilə geosiyasi baxımdan intihar etdi

Mehmet Özkan: Putin bu hərəkəti ilə geosiyasi baxımdan intihar etdi


Türkiyəli ekspert, Milli Müdafiə Universitetinin müəllimi, professor Mehmet Özkan Rusiya-Ukrayna münaqişəsini şərh edərkən qeyd edib ki, Putin bu gedişlə özünü geosiyasi baxımdan intihar etdi.
"Onun fikrincə, müharibənin 5-ci günü tərəflər danışıqlar masası arxasına əyləşməli olduğu bir zamanda, Rusiya nüvə silahından istifadə variantlarını ortaya atması daha ciddi fəsadlara yol açdı. Bu isə vəziyyəti tamamilə dəyişir. Ona görə də ekspert hesab edir ki, Türkiyə çevik addımlar atmalıdır. “ “Bu prosesdə Türkiyə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı vasitəsilə birgə addım atıb, Qara dənizdəki vəziyyəti və Rusiyanın Krımın işğalını gündəmə gətirməlidir. Bununla da Rusiyaya əlavə təzyiq yaratmalıdır. Bu prosesə Qərb də dəstək verəcək”- o qeyd edib.

Eskpert Özkan onu da bildirib ki, 4 günlük müharibə nəticəsində 3 şey dəyişdi. “Birincisi, müharibə artıq Rusiyanın əvvəlcə irəli sürdüyü kimi Putinlə Zelenski arasında deyil, xalqlararası prosesə çevrilir. Rusiyada müharibə uzanarsa, Putinə təzyiqlər artacaq, Ukraynada isə ictimaiyyət Zelenskiyə daha çox dəstək verəcək.

Müharibədə dəyişən ikinci amil isə Rusiyanın Ukraynanı işğalı Avropa ölkələrini birləşdirdi və birlikdə nəsə edə bilərik fikrini aşılatdı. Bu da müharibənin indi sistemli problemə çevrilməsidir. Avropa ölkələrinin hava məkanının bağlanmasından tutmuş, Rusiya təyyarələrinə, iqtisadi embarqolara kimi birgə sanksiyalar tətbiq edirlər.

Digər məqam isə Rusiyanın nüvə silahı kartına əl atmasıdır. Odur ki, problem nə qədər tez sistemləşdirilsə, həll sürəti bir o qədər çətin olacaq, lakin Ukraynada ikinci Suriya və ya Liviya kimi dalana dirənməsi baş verə bilər.

Müharibədə dəyişən üçüncü element odur ki, Putinin bütün hərəkətləri və planları uğursuzluğa düçar olduğu üçün çıxış yolu kimi Kiyevlə danışıqlara hazır olmasını bəyan etməsidir.
Bazar ertəsi Belarus sərhədində danışıqlardan yəqin ki, heç bir nəticə olmayacaq”- o bildirib.
Türkiyəli eksert hesab edir ki, bu müharibədə Putinin yeganə rəqibi özüdür: “O, bütün çıxış yolunu itirəcək, çünki bu gedişlə Putin geosiyasi baxımdan intihar etdi. Qısa müddətdə Ukraynanı işğal etsə, sovet coğrafiyasında olan ölkələr bundan qorxacaq. Müharibə uzun müddət davam edərsə, daxili siyasətdə də əlavə problemlər yaradacaq.

İndiki tendensiya Ukraynanın xeyrinədir. Müharibənin uzadılması baha başa gəlsə belə, Putin üçün növbəti Əfqanıstan olacağı ehtimalı yüksəkdir”- o vurğulayıb.
Ekspert onu da əlavə edib ki, Qərb Zelenskiyə sırf dəstək verməli və əsas strategiyası Rusiya xalqını cəzalandırıb, İraq, Venesuela yaratmaqdansa, Putinin hakimiyyətdən uzaqlaşdırılmasına yönəlməlidir: “Bu mənada müxtəlif qqüvvələrə, o cümlədən oliqarxlarla sıx əməkdaşlıq, hətta üstüörtülü dəstək vermək həlledici rola oynaya bilər”.
Ekspert bildirib ki, belə bir vəziyyətdə Türkiyə də maraqları baxımdan ciddi addımlar atmalıdır. İlk olaraq onu deyim ki, Türkiyə boğazlarda düzgün addım atdı.
“Amma Ankara Türkiyənin 4 gün əvvəl təklif etdiyi vasitəçilik məsələsinə yenidən baxmalıdır. Artıq vasitəçilik təklif edən Türkiyə üçün şərtlər dəyişib.
Ankara vasitəçilikdə israr etməlidir, amma indi bu vasitəçilik Putini düşdüyü dalandan xilas etmək demək olacaq. Amma Türkiyə Suriya və Liviya ilə bağlı müəyyən siyasətlərdən əl çəkməsi üçün Rusiyadan təminat almalıdır. Türkiyə həm də yaranmış fürsətdən istifadə edib Qərbdən də müəyyən güzəştlər əldə edə bilər. Bunun üçün fürsət yaranıb”- o deyib.
Ekspert son olaraq bildirib ki, Rusiya geri çəkilməyincə bu müharibə uzadılacaq: “Rusiyanın qısa zamanda geri çəkilməsi mümkün deyil. Amma Putini küncə sıxışdırmadan, hətta çıxış yolu göstərməklə də problemin həllinə çarə axtarmaq lazımdır”.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər