Ağsu rayoununda Xocalı soyqırımının 30-cu ildönümü müxtəlif tədbirlərlə qeyd olunub

Ağsu rayoununda Xocalı soyqırımının 30-cu ildönümü müxtəlif tədbirlərlə qeyd olunub


Bakuxeber.info xəbər verir ki, Fevralın 26-da səhər saatlarında rayon rəhbərliyi, ictimaiyyətin çoxsaylı nümayəndələri, birinci və ikinci Qarabağ müharibəsinin iştirakçıları, qazilər şəhərin Heydər Əliyev prospektindən başlayaraq yürüş ediblər. Əllərində Xocalı soyqırımı ilə bağlı şüarlar tutan yürüş iştirakçıları prospektdən keçərək Azərbaycan küçəsi ilə irəliləyib, sonra Heydər parkına gəliblər. İştirakçılar rayon mədəniyyət sarayının foyesində sərgilənən, Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar yeniyetmə və gənc rəsm həvəskarlarının çəkdikləri rəsmlərlə tanış olublar.
Tədbir mədəniyyət sarayının konfrans zalında davam etdirilib. Öncə rayonun mədəniyyət işçilərinin hazırladıqıarı “Buza dönmüş arzular” tamaşası nümayiş olunub.



Rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov çıxış edərək, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələrinin Xocalıya hücumu zamanı yüzlərlə günahsız insanın, o cümlədən uşaqların, qocaların, qadınların qətlə yetirildiyini, əsir götürüldüyünü və əsirlərə görünməmiş işgəncələrin verildiyini diqqətə çatdıraraq, bu faciənin Azərbaycan tarixinin qanlı səhifələrindən olduğunu vurğulayıb. Törədilən soyqırımının əsl mahiyyətinin ümummilli liderimiz Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra açıldığı, Azərbaycan Respublikasının Milli Məclisinin Xocalı soyqırımına hüquqi-siyasi qiymət verdiyi diqqətə çatdırılıb.
Rayonda məskunlaşan Xocalı sakini Əmrah Məmmədov o dəhşətli günlərin acı xatirələrindən danışıb. Gizləndiyi yerdən 70 nəfər insanın zorla mal tövləsinə yığaraq yandırıldığını görən, o hadisənin bu gün də gözləri önündən getmədiyini söyləyən Əmrah 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin nəhayət ki, onlara bir rahatlıq verdiyini vurğulayıb.
Sonra çay süfrəsi arxasında Xocalıdan olan və Ağsu rayonunda məskunlaşan 10 ailə ilə görüş olub.
Saat 17:00-da Ağsu şəhərində piyadaların, eləcə də avtonəqliyyat vasitələrinin hərəkəti bir neçə dəqiqəlik dayanmış və avtomobillərin fasiləsiz siqnalı ilə Xocalı Faciəsində şəhid olmuş həmvətənlərimizin xatirəsi yad edilmişdir.


Ağsu rayoununda Xocalı soyqırımının 30-cu ildönümü müxtəlif tədbirlərlə qeyd olunubAğsu rayoununda Xocalı soyqırımının 30-cu ildönümü müxtəlif tədbirlərlə qeyd olunubAğsu rayoununda Xocalı soyqırımının 30-cu ildönümü müxtəlif tədbirlərlə qeyd olunubAğsu rayoununda Xocalı soyqırımının 30-cu ildönümü müxtəlif tədbirlərlə qeyd olunub

Ağsu Rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov - “Prezident İlham Əliyev TASS agentliyində Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşü zamanı həmişəki kimi çox önəmli açıqlamalar verdi. Ümumiyyətlə isə həm Rusiya ilə imzalanan Moskva bəyannaməsi, həm də Türkiyə ilə imzalanmış Şuşa bəyannaməsi Azərbaycanın balanslaşdırılmış düzgün xarici siyasətinin nəticəsi olaraq mühüm əhəmiyyət kəsb edir”.

Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşü zamanı Prezident İlham Əliyevin toxunduğu əsas məqamlardan biri əlbəttə ki, bundan sonrakı Rusiya-Azərbaycan münasibətləri barədə oldu. “Görünür, bu bəyannamənin imzalanması həqiqətən 30 il ərzində 200-dən çox imzalanmış sənədlərdən daha vacib və əhəmiyyətlidir. Çünki bu danılmaz faktdır ki, Rusiya bizim şimal qonşumuz olaraq yüz illərdir var və bundan sonra da olacaq. Əlbəttə, dünyanın ən güclü dövlətlərindən hesab olunan Rusiya ilə Azərbaycanın dost və müttəfiq olaraq qalması hər bir halda bizim xeyrimizədir. Cənab Prezidentin də qeyd etdiyi kimi bu müttəfiqlik bəyannaməsi uzun illər aparılmış çox ciddi işin nəticəsidir. Rusiya və Azərbaycan nümayəndələrindən ibarət qrup sənədin üzərində bir ildən artıq müddətdə birgə çalışıb. Bəyannamə həyat fəaliyyətinin praktiki olaraq bütün sahələrini ehtiva edir. Rusiya və Azərbaycan tərəfindən müxtəlif istiqamətlər – ticari-iqtisadi, nəqliyyat, humanitar fəaliyyət və digər istiqamətlər üzrə qəbul edilmiş səkkiz yol xəritəsi reallaşma mərhələsindədir”.

Prezident bu görüşdə, həmçinin Ermənistan-Azərbaycan münasibətlərinə də toxunaraq bir daha bildirib ki, Azərbaycan sülh tərəfdarı bir ölkədir. Ancaq qarşı tərəfin qeyri-adekvat yanaşması həmişə məsələnin həllində müəyyən problemlər yaradır: “Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, mina xəritələrinin Azərbaycana təqdim edilməməsi beynəlxalq humanitar hüququnun pozulması deməkdir. Təqdim olunmuş xəritənin dəqiqliyi 25 faiz təşkil edir. Əlbəttə, bu, bir daha göstərir ki, Ermənistan öz başına gələnlərdən dərs çıxarmaq əvəzinə yenə el dili ilə desək “cığal uşaq” obrazı yaratmaqla xalqı uçuruma aparır”.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər