Abdin Fərzəliyev abşeronlular ilə iç-içə - ÖZƏL

Abdin Fərzəliyev abşeronlular ilə iç-içə - ÖZƏL



Abşeron rayonunda şəhid Rasim Abdullayevin 45-ci doğum günü silsilə tədbirlərlə qeyd edilmişdir

Abdin Fərzəliyev abşeronlular ilə iç-içə - ÖZƏL


Azərbaycanın zəfəri ilə başa çatmış 44 günlük Vətən Müharibəsi zamanı şəhid olmuş ən yüksək rütbəli hərbi həkim, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunmuş Tibb Xidməti polkovnik-leytenantı Abdullayev Rasim Yaqub oğlunun (21.02.1975-16.11.2020) anadan olmasının 45-ci ili münasibəti ilə Abşeron rayonunda Abidə Bulaq Kompleksi istifadəyə verilmişdir.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilərlə birgə II Fəxri Xiyabanda şəhidimizin məzarını ziyarət etmiş, vətənimizin bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi yad edilmiş, ruhlarına dualar oxunmuş, məzarları üzərinə tər çiçəklər düzülmüşdür.
İştirakçılar daha sonra Bakı-Şamaxı yolunun Abşeron rayonuna düşən hissəsində yeni inşa edilən Abidə Bulaq Kompleksinin istifadəyə verilməsində iştirak etmişlər.
Bildirilmişdir ki, şəhid Rasim Abdullayevin adının əbədiləşdirilməsi məqsədi ilə inşa edilən Abidə Bulaq Kompleksi qara mərmərdən hazırlanmış, əraziyə su və kanalizasiya xətti çəkilmiş, şəhid haqqında zəruri məlumatlar abidəyə həkk olunmuşdur.
Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən verilən müvafiq göstəriş və tapşırıqlara uyğun olaraq kompleksin ətrafında mini park yaradılmış, ərazidə həmişəyaşıl ağac və gül kolları əkilmiş, müasir standartlara uyğun oturacaqlar və zibil yeşikləri quraşdırılmış, yol kənarındakı hasarların rənglənməsi həyata keçirilmiş və ərazidə ümumi şəkildə təmir-abadlıq işləri aparılmışdır.
Tədbirdə şəhid Rasim Abdullayevin keçdiyi döyüş yolundan, göstərdiyi şücaətlərdən danışılmış, məktəblilər tərəfindən vətənpərvərliyə və qələbəyə aid şeirlər səsləndirilmişdir.
Sonra Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində şəhid Rasim Abdullayevin həyat və fəaliyyətini və müxtəlif dövrlərdə qələmə aldığı şeirləri özündə əks etdirən “Son nida” kitabının təqdimatı keçirilmişdir. Təqdimat mərasimində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, millət vəkili Aqil Məmmədov, şəhid ailələri və rayon ictimaiyyəti iştirak etmişdir.
Tədbirdə Abşeron məktəbliləri şəhid Rasim Abdullayevin şeirlərini səsləndirmişlər.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev günün sonunda şəhid Rasim Abdullayevin əvvəllər yaşadığı evinə gedərək onun ailə üzvləri ilə görüşüb. Ailənin problemləri, qayğıları ilə maraqlanıb. RİH başçısı Abşeron rayonunda bundan sonra da şəhid ailələrinə və qazilərə diqqət və qayğının daimi olaraq göstəriləcəyini bildirmişdir.
Şəhid Rasim Abdullayevin ailəsi onlara dövlət səviyyəsində hər zaman böyük diqqət və qayğının göstərildiyini qeyd edərək buna görə cənab Prezident İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.

Abdin Fərzəliyev abşeronlular ilə iç-içə - ÖZƏLAbdin Fərzəliyev abşeronlular ilə iç-içə - ÖZƏLAbdin Fərzəliyev abşeronlular ilə iç-içə - ÖZƏLAbdin Fərzəliyev abşeronlular ilə iç-içə - ÖZƏLAbdin Fərzəliyev abşeronlular ilə iç-içə - ÖZƏL
Abdin Fərzəliyev abşeronlular ilə iç-içə - ÖZƏL


Abdin Fərzəliyev sakinlərlə görüşdü

Abdin Fərzəliyev abşeronlular ilə iç-içə - ÖZƏL


Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev 25 yanvar 2021-ci il tarixdə Xırdalan şəhəri, 27-ci məhəllə, 1b saylı çoxmənzilli binada baş vermiş güclü partlayış nəticəsində ziyan çəkmiş sakinlərlə görüşmək məqsədi ilə sözügedən ünvana getmişdir. Görüş zamanı bildirilmişdir ki, güclü partlayış nəticəsində 5 mənzil tamamilə dağılmış, qarşıdakı 80 mənzildən ibarət çoxmənzilli yaşayış binasında 40-dan çox mənzilin pəncərələri, qapıları və bir çox məişət əşyaları yararsız vəziyyətə düşmüşdür. Hazırda çoxmənzilli binada təmir-bərpa işləri başa çatmış, zərər çəkmiş ailələr öz mənzillərinə qaytarılmışdır. Mənzilləri tamamilə dağılmış 5 ailə üçün isə çoxmənzilli yaşayış binasının qarşısında iki mərtəbədən ibarət binanın tikintisi və çoxmənzilli binada mətbəxti yararsız vəziyyətə düşmüş bir ailə üçün isə növbəti mərhələdə mətbəxtin yenidən inşası nəzərdə tutulmuşdur. Lakin Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə bildirilib ki, iki mərtəbədən ibarət binanın tikintisi üçün təklif olunan ərazinin ölçüləri şəhərsalmanın əsaslandırılması layihəsinin işlənməsi üçün yetərli (tələbləri ödəmir) deyil və bu səbəbdən məsələ açıq olaraq qalmaqdadır.
RİH başçısı Abdin Fərzəliyev aidiyyatı dövlət qurumları ilə yazışmaların davam etdiriləcəyini və problemin həlli istiqamətində mümkün variantların araşdıracaqlarını bildirmişdir.

***
Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Xırdalan şəhərində istifadəsiz qalmış və yararsız hala düşmüş Şahmat Məktəbinin mövcud durumu ilə tanış olmaq məqsədi ilə binaya baxış keçirmişdir.
Abşeron Rayon Gənclər və İdman İdarəsinin rəisi Əsgər Əmirəliyev Şahmat Məktəbi haqqında ətraflı məlumat verərək bildirmişdir ki, 2014-cü ildə inşa olunan binanın yararsız vəziyyətə düşməsinin səbəbi yaxınlıqda olan atraksiondakı suyun sızması və suyun dəyişdirilməsi ilə əlaqədardır. Belə ki, akraksiondakı su dəyişdirilən zaman böyük həcimli su kütləsi Şahmat Məktəbinin bünövrəsinə axmış və bunun nəticəsində məktəbin döşəməsi çökmüşdür. Şahmat Məktəbinin 2 dəfə əsaslı şəkildə təmir olunmasına baxmayaraq sözügedən atraksionun suyunun 3 dəfə dəyişdirilməsi ilə məktəb yenidən yararsız hala düşmüşdür. Bununla əlaqədar olaraq RİH başçısından sözügedən atraksionun ərazidən uzaqlaşdırılması və Şahmat Məktəbinin yenidən təmir olunmasında köməklik göstərilməsi xahiş olunmuşdur.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev məsələnin araşdırılması və təmir-bərpa layihəsinin hazırlanması istiqamətində müvafiq tapşırıq və göstərişlərini vermişdir.

Abdin Fərzəliyev abşeronlular ilə iç-içə - ÖZƏLAbdin Fərzəliyev abşeronlular ilə iç-içə - ÖZƏL
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər