Qazaxıstandakı hadisələrdə RUS BARMAĞI: Sular durulur, Kreml unudur ki...

Qazaxıstandakı hadisələrdə RUS BARMAĞI: Sular durulur, Kreml unudur ki...


Qazaxıstanda baş verən hadisələrin necə qaynaqlandığı getdikcə daha da aydınlaşmağa başlayır və burada hansı xarici qüvvələrin marağı olduğu açıq formada ortaya çıxmaqdadır. Bununla bağlı ilk yazımızda müəyyən məqamlar açıqlanıb və Rusiyanın bu ölkədə yaranan iğtişaşlardan öz məqsədləri üçün faydalanmaq niyyəti olduğunu qısaca da olsa qeyd etmişik. Amma son bir gün ərzində Qazaxıstanda baş verənlər onu deməyə əsas verir ki, proseslərin daha da kəskin hal alması, Kremlin birmənalı şəkildə maraqlarına xidmət edir. Əslində, Kreml dolayısıyla prosesləri daha da gərginləşdirmək, ölkədə ciddi hakimiyyət böhranı və xaos yaratmaqla qısa zamanda öz niyyətlərinə nail olmaq istəyir.

Niyə məhz qısa zamanda...?

Kreml Qazaxıstanda böhranın yaradılmasında və bunun qısa müddət davam etməsində maraqlıdır. Qazaxıstan Rusiya ilə həmsərhəd olan qonşu ölkədir və 2700 km-lik quru sərhədi var. Ona görə də bu ölkədə böhranın uzun müddət davam etməsi, bölgədə marağı olan digər oyunçuların və güclərin proseslərə müdaxilə edib, vəziyyəti başqa səmtə yönəldə bilərlər. O baxımdan Kreml qısa zamanda niyyətinə nail olmaq üçün bütün imkanlarını işə saldı və ilkin mərhələdə öz istəyinə çatdığını deyə bilərik. Qazaxıstan hakimiyyətinin etirazçıların tələblərini yerinə yetirməsinə baxmayaraq, Kreml əlaltıları vasitəsilə ölkədə ani bir məqamda xaos yaradıb, prosesləri idarəolunmaz məcraya yönəltməklə hakimiyyəti seytnot vəziyyətinə salaraq, öz maraqlarına uyğun təcili qərarlar etməsinə nail oldu. Nəticədə Qazaxstan KTMT-yə müracitə edərək hərbi kontingentini ölkəyə dəvət etmək zorunda qaldı. Kreml bununla ilkin mərhələdəki istəyinə nail oldu. Amma Rusiyanın bu addımının uzun perspektivdə hansı effekti verəcək, bunu demək çətindir. Çünki sular durulduqdan sonra proseslərin hansı istiqamətdə cərəyan edəcəyi zaman məsələsidir.

Niyə Qazaxıstan?

Rusiya ilə Qazaxıstan təkcə qonşu deyil, həm də bütün sahələrdə çox sıx əməkdaşlığı mövcuddur. Lakin buna baxmayaraq Qazaxıstan yetərincə müstəqil xarici və iqtisadi siyasət yürüdürdü. Hətta bir sıra regional və beynəlxalq aləmdə baş verən proseslərə yöntəm verməyi bacarırdı. Qazaxıstan türkdilli dövlətlər arasında əməkdaşlığın daha da dərinləşməsi, türk birliyinin inteqrasiyası istiqamətində aktiv rol oynayan ölkələrdən biri idi. Bu da təbii ki, qonşu Rusiyanı, o cümlədən Çini ciddi narahat edirdi.

Digər tərəfdən Qazaxıstan müstəqillik əldə etdiyi ilk illərdə ölkə əhalisinin demoqrafik tərkibinə görə, ruslar üstünlük təşkil edirdisə, indi bu, qazaxların xeyrinə dəyişib. Qazax dili artıq aparıcı dil statusuna malikdir. Bu istiqamətdə yürüdülən siyasət nəticəsində Qazaxıstanda kirildən imtina və latın qrafikasına tam keçidin 2025-ci ildə başa çatdırılması ilə bağlı ortada rəsmi iradə var idi. “Vizual məlumat haqqında” qanuna dəyişiklik edilməklə reklam löhvələrindən rus dili ləğv edildi. Həmin qanun 2021-ci ilin sonunda təsdiqləndi. Son illərdə ölkədə rus dilinə qarşı əks-təbliğat kampaniyası geniş miqyas almışdı.

Yəni milli indentifikasiya istiqamətində çox ciddi siyasət həyata keçirilib və bu proses davam etməkdə idi. Paytaxt ölkənin cənub-şərqindən, şimal-qərbinə köçürülüb ki, bu da ciddi siyasi hadisədir. Bütün bu və digər istiqamətdə yürüdülən siyasət təbii ki, Kremli ciddi narahat edirdi, xüsusən də rus dili ilə bağlı məsələlərə həssas yanaşırdı. Onu da qeyd edək ki, hələ 2021-ci ilin yay aylarında Rusiya XİN başçısı Sergey Lavrov Qazaxıstanda qazax dilində danışmayanların təqib edilməsini və milli ayrı-seçkiliyə yol verdiyinə görə qınayaraq, buna son qoyulmasını tələb edib.

Kreml ümumiyyətlə, Qazaxstanda milliləşdirmə istiqamətində yürüdülən siyasəti çox həssas və qısqanclıqla qarşılayıb. Bu, zaman-zaman özünü büruzə verib. Hətta bir neçə ilə öncə Eduard Limonov adlı yazıçı, müxalifətçi Qazaxıstan torpaqlarına qarşı iddia ilə çıxış edib. Limonov Qazaxıstanın şimal-qərb torpaqlarını “tarixi rus torpaqları" hesab edərək, Kremlə bu istiqamətdə ciddi addımlar atmağı tələb edib. Bütün bunlara dözə bilməyən Kreml Qazaxıstanda iğtişaşlar, xaos və böhran yaratmaqla öz nəzərətinə keçirib, istəyinə nail olmaq istəyir. Necə ki Kreml bu metoddan Belarusda istifadə etdi. Belarusun mövcu hakimiyyətini zəif salmaqla bu ölkədə təsir dairəsini gücləndirdiyi kimi Qazaxıstanda da bu yolla təsir dairəsini gücləndirməyə çalışır.

Digər xüsusi məqam isə Rusiya bu yolla öz imperiya niyyətlərini reallaşdırmağa çalışır.

Əgər Qazaxıstanda proseslərin davam edəcəyi təqdirdə Ukrayna ssenarisi istisna deyil. Belə ki, Ukraynadakı Donbas variantı Qazaxıstanın şimal hissəsində da yaradıla bilər. Rusiya öz varlığını qorumaq və imperiya niyyəti həyata keçirmək üçün istənilən addım atamağa hazırdır. Lakin Kreml onu da unudur ki, artıq Rusiya əvvəlki Rusiya deyil. Proseslər Rusiyanın ziyanına işləyə bilər.

Qazaxıstandakı hadisələrdə RUS BARMAĞI: Sular durulur, Kreml unudur ki...Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər