Nəzər Əsgərov: Həmrəyliyimiz bizi böyük Zəfərə apardı

Nəzər Əsgərov: Həmrəyliyimiz bizi böyük Zəfərə apardı


Salyan Rayon Polis Şöbəsinin rəisi Nəzər Əsgərov - Həmrəylik Günü xalqımızın tarixində xüsusi anlamı olan bir gündür. Əslində bu gün zorla ayrılan bir millətin bir olmasına əyani bir sübutdur. O taylı bu taylı azərbaycanlılar uzun müddətdən sonra ölümü gözə alıb tikanlı sərhəd məftillərini dağıtmaqla bir daha sübut etdi ki heç bir qorxu heç bir maneə xalqımızın bir-birinə olan sevgisini qıra bilməz. İllərlə ayrı qalsaq da birliyimiz bir olduğumuz sındırıla bilmədi.

1989-cu il tarixin yaddaşında gələcək tarixi bir günün əsasını qoydu. Beləki, 1989-cu ildə Naxçıvanla İran arasındakı sərhəd azərbaycanlılar tərəfindən dağıdıldı.Bir-birinə həsrət qalan Azərbaycan millətinin Arazın hər iki sahilində sərhəd yürüşü Şimali və Cənubi Azərbaycan arasında sərhəd dirəklərini yıxması,o taylı-bu taylı millətin həftələrlə Araz qırağında gecə-gündüz dünyü çapında bir daha canlandırmağa və Azərbaycanı bütövləşdirməyə cəhdi idi.

Məhz buna görə də o zamanlar Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Heydər Əliyev dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü adlandırdı.Bu Azərbaycan xalqı üçün çox əhəmiyyətli qərar idi. Dünyanın 70-dən çox ölkəsində olan 50 milyon azərbaycanlıların mənəvi birliyini bir daha nümayiş etdirən simvolik gündür. Hər il bu gün dünya azərbaycanlıları tərəfindən bayram kimi qeyd edilir və bu qeydetmə zərurətə çevrilmişdr.

Vətən müharibəsində dünya azərbaycanlılarının birlik göstərməsinin, onların informasiya mübarizəsinin şahidi olduq. Qürur hissi ilə deyirik ki,bu günü milliyətcə azərbaycanlı olmayan, amma ölkəmizdə yaşayan digər xalqlar da qeyd edir. İnanırıq ki, xalqımızın mənəvi birliyi daimi olacaq və daha da möhkəmlənəcək.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər