Putin: "SSRİ-nin dağılması mənim üçün tragediya idi"

Putin: "SSRİ-nin dağılması mənim üçün tragediya idi"


Rusiya Prezidenti Vladimir Putin Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) dağılması ilə bağlı sualları cavablandırıb.

“Rossiya 1” televiziyasına danışan Putin bu çöküşün ona da pis təsir etdiyini söyləyib:

“Sovetlər Birliyinin dağılması rusların çoxu kimi mənim üçün də tragediya oldu. Bəs Sovetlər Birliyinin dağılması nə idi? Bu, Sovetlər Birliyi adında tarixdəki Rusiyanın çöküşü idi”.

Putin SSRİ-nin dağılmasından dərhal sonra 1990-cı illərdə ölkəsində daxili müharibə olduğunu, iqtisadiyyatda və təhlükəsizlik məsələlərində problemlər yarandığını bildirib:

“Çox çətin vəziyyət var idi. Bu ölkənin daxildəki vəziyyəti, onu formalaşdıran hər şeylə bağlı idi. İqtisadiyyat, təhlükəsizlik qüvvələri və silahlı qüvvələr üçün də bu belə idi.

Rusiya lideri həmin dövrdə ölkənin torpaqlarının təxminən 40%-i ilə yanaşı eyni miqyasda istehsal gücü və əhalinin də itirildiyini deyib:

“Tamamilə fərqli bir ölkəyə çevrildik. Minlərlə il ərzində bir araya gətirilmiş olan hər şey əhəmiyyətli dərəcədə itirildi”.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər