Mürsəl Eminov: Vətən savaşında ərənlər, igidlər bəlli oldu

Mürsəl Eminov: Vətən savaşında ərənlər, igidlər bəlli oldu


Binəqədi bələdiyyəsinin sədri Mürsəl Eminov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Mürsəl Eminov bu işin müqəddəsliyini qoruyub saxlayır. Mürsəl Eminov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Binəqədi bələdiyyəsinin sədri Mürsəl Eminov - “Hər daşından alov dilli ox ola bilər...”

Bildiyimiz kimi Azərbaycan qədim ölkədir və çox gözəl coğrafi mövqeyə malikdir. Bu baxımdan da daima qonşu dövlətlərin təcavüzünə məruz qalıb. Ən pisi də budur ki, bizim torpaqlarımızda yalançı “Ermənistan dövləti” yaratdılar. Xalqımızın qurub yaratdıqları evlərinə sahibləndilər. Dəfələrələ xalqımıza qarşı soyqırımlar törətdilər. Qocaları, qadınları, uşaqları acımadan vəhşiliklə öldürdülər. Bu haqsızlıqların hamısına dünya birlikləri göz yumurdular. Azərbaycan xalqının haqq səsini eşitmirdilər. Amma xalqımız, ordumuz və Ali Baş komandanımız bu ədalətsizliklərə göz yummadılar. 30 illik vətən həsrətinə son qoymağı qərara aldılar.

30 ildir danışıqlar prosesindən Erəmənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi. “Dağlıq Qarabağ”ın statusunun müəyyən edilməsi məsələsi arxivə getdi. “Dağlıq Qarabağ”da yeni erməni dövlətinin yaradılması planları pozuldu. Ermənistanın və onun havadarlarının işğala əsaslanan planları alt üst oldu. Regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yarandı. Nəticədə Azərbaycan vətəndaşlarının 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoyuldu. Müzəffər Ali Baş komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu canı, qanı bahasına Ermənistan ordusunun məğlub edilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı və Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Ermənistanın silahlı qüvvələri qısa müddət ərzində darmadağın edildi. Bundan sonra bir dövlət olaraq Ermənistana özünü bərpa etmək üçün illər lazım olacaq.

Qələbə Azərbaycanlılar haqqında “məğlub xalq” sindiromunu sındırdı, xalqın inamını özünə qaytardı. Prezident cənab İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olumasının ən başlıca səbəbidir. II Qarabağ müharibəsindən sonra Azərbaycan xalqı tarixdə qalib xalq kimi qalacaqdır.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər