Anar Axundov: Azərbaycan öz inkişafında dünya sivilizasiyasının daimi dəyərlərinə – demokratiyaya, insan azadlığına və qanunun aliliyinə istiqamətlənir

Anar Axundov: Azərbaycan öz inkişafında dünya sivilizasiyasının daimi dəyərlərinə – demokratiyaya, insan azadlığına və qanunun aliliyinə istiqamətlənir


Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin rəisi Anar Axundov - Azərbaycanın səyləri regionda hər hansı yeni müharibə risklərinin minimuma endirilməsi məqsədi daşıyır. Bunun üçün ən yaxşı yol kommunikasiyaların açılması, aktiv dialoqun qurulması və yenidən qonşu olmağı öyrənməkdir. Sülh razılaşması üzərində iş aparılmalı və düşmənçiliyə son qoyulmalıdır.

Ölkəmiz regionda nadir geosiyasi mövqeyə malik ölkədir. Baxmayaraq ki, Azərbaycan ərazisinə görə böyük dövlət deyil, suverenliyini tam qoruyub saxlaya bilmişdir. Nəticədə, bu gün Azərbaycan geosiyasi proseslərdə və irimiqyaslı iqtisadi layihələrdə, ilk növbədə, milli maraqlarını nəzərə alaraq iştirak edir, yeni sosial-iqtisadi əməkdaşlıq əlaqələrinin də formalaşmasına təkan verir. Bundan başqa, Azərbaycan əsas geosiyasi oyunçularla bərabərhüquqlu tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsində maraqlı olan ölkədir və bu məsələdə böyük uğurlar da əldə etmişdir.

Heç kimə sirr deyil ki, hazırda Azərbaycan təkcə Qafqaza deyil, həm də Yaxın və Orta Şərq regionuna təsir edən ciddi bir amilə də çevrilmişdir. Belə ki, Azərbaycanın enerji resursları ilə yerləşdiyi regionun zənginliyi və əsas geosiyasi oyunçuların enerji resurslarının dünya bazarına nəql etmək marşrutları üzərində tam nəzarət əldə etmək istəkləri regional mübarizənin çoxkonfiqurasiyalı olduğunu təsdiqləyir. Belə qarışıq geosiyasi və geoiqtisadi reallıqlar fonunda da Azərbaycan milli maraqlarını qorumaqla yanaşı, qarşıdurmaya yox, əməkdaşlığa təkan verəcək istənilən addımı dəstəkləməklə və təşviq etməklə fərqlənir.

Azərbaycan öz inkişafında dünya sivilizasiyasının daimi dəyərlərinə – demokratiyaya, insan azadlığına və qanunun aliliyinə istiqamətlənir. Bütün dövlətlərlə bərabərhüquqlu və qarşılıqlı surətdə faydalı münasibətlər qurmağa və ölkəmizin çoxtərəfli diplomatiyada fəal iştirakını təmin etməyə yönəlmiş xarici siyasət konsepsiyası da bundan irəli gəlir. Bu siyasətin əsas xüsusiyyətləri şəffaflıq, mehriban qonşuluq və tərəfdaşlıqdır. Bu gün Azərbaycan dövlətinin güclənməsi və regional proseslərə siyasi, iqtisadi və mədəni təsirinin artması regional əməkdaşlığın güclənməsinə səbəb olan güclü amillərdir. Eqoist maraqları heç zaman yaxına buraxmayan Azərbaycan malik olduğu iqtisadi və kommunikasiya potensialını region xalqları ilə bölüşməsi ilə seçilir və buna çoxsaylı nümunələr də göstərmək olar. Ancaq bir məsələdə Azərbaycanın istəyi dəyişməz qalır: ölkəmizin milli və geosiyasi maraqlarına hörmət edilməlidir. 30 ildən artıq bir müddətdə işğalçılıq siyasətinin girovuna çevrilmiş Ermənistanın gələcəyi məhz, Azərbaycanın müəyyənləşdirdiyi qırmızı xətləri keçməməsindən asılı olacaq. Prezident İlham Əliyev də düşünür ki, bu gün Ermənistan üçün həqiqətən müstəqil ölkə olmaq arzusunu reallaşdırmaq üçün son şansdır. Dövlət başçısının sözlərinə görə, Cənubi Qafqaz regionunda kəskin dəyişikliklər oldu və yeni vəziyyət yeni yanaşmalar tələb edir. Azərbaycan yeni reallıqlara münasibətini nümayiş etdirir və qarşı tərəfdən, yəni Ermənistandan da adekvat reaksiya göstərilməsini gözləyir.

Lakin 44 günlük İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətdən nəticə çıxarmaq əvəzinə erməni siyasi dairələrində revanşist bəyanatlar səsləndirilir. “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdəki çıxışında Prezident İlham Əliyev bildirdi ki, Ermənistanın siyasi dairələrindən nə hökumətdən, nə də müxalifətdən heç bir müsbət açıqlama görmürük. “Azərbaycanlıların hisslərini təhqir etmək, bizi şeytan kimi qələmə vermək adi hala çevrilib. İyunda keçiriləcək seçkilərdən (Ermənistanda - red.) sonra nə olacağını, hansı ideologiyanın üstün gələcəyini bilmirik. Bununla belə, Azərbaycanofobiya, nifrət və genişlənmə ideologiyası onların öz

cəmiyyətlərinin dağılmasına gətirib çıxarıb”, – deyən ölkə başçısı əlavə etdi ki, indi düşdükləri bu vəziyyətə görə, onlar yalnız özlərini və liderlərini günahlandırmalıdırlar.

Prezident İlham Əliyev Ağdam rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirdi ki, Azərbaycanın qələbəsi bütün faşistlərin aqibətinin ermənilərin aqibətinə bənzər olacağını göstərdi. Dövlət başçısı bir daha vurğuladı ki, xalqımızın, dövlətimizin təhlükəsizliyinə zərrə qədər təhlükə yaranacağı təqdirdə, düşmən dərhal yerindəcə məhv ediləcək: “Onlar da bizim gücümüzü bilirlər və görürlər”.

Bir sözlə, indi top Ermənistan tərəfindədir və rəsmi İrəvan qonşu ölkələrə ərazi iddialarından əl çəkməsə, Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmasa Ermənistanın vəziyyəti hətta müharibədən əvvəl olduğundan da pis olacaq. Qlobal güc mərkəzlərilə münasibətlərini milli maraqlarına uyğun formalaşdırmağı bacaran rəsmi Bakının yaratdığı imkanlardan yararlanması da Ermənistanın öz əlindədir. Postmüharibə dövrünün yeni reallıqlarına adekvat reaksiya verməyəcəyi təqdirdə ermənilər regional dalanda çapalamaqda davam edəcəklər.

***

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin rəisi Anar Axundovdur.

Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin rəisi Anar Axundov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Anar Axundov bu işin müqəddəsliyini qoruyub saxlayır. Anar Axundov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Anar Axundovdan danışdılar yaxşı ki, Anar Axundov Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin rəisidir… Anar Axundov öz isguzarlığı ilə tanınır və seçilir….

Anar Axundov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Anar Axundovu heç vaxt əqidəsindən döndərə bilməz.

Anar Axundov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Anar Axundov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Anar Axundov ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Anar Axundovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Anar Axundov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Anar Axundov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin rəisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Anar Axundov özünü doğruldub. Bizdə hörmətli Anar Axundovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər