Orucəli Hacıyev: II Qarabağ müharibəsindən sonra Azərbaycan xalqı tarixdə qalib xalq kimi qalacaqdır

Orucəli Hacıyev: II Qarabağ müharibəsindən sonra Azərbaycan xalqı tarixdə qalib xalq kimi qalacaqdır



Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Fövqəladə Hallar nazirinin müavini Orucəli Hacıyevun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Fövqəladə Hallar nazirinin müavini Orucəli Hacıyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Orucəli Hacıyev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Karantin dövründə də rayonda yaşayan sakinlərin evlərinə ərzaq bağlamaları göndərilmişdir.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Fövqəladə Hallar nazirinin müavini Orucəli Hacıyeva biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Fövqəladə Hallar nazirinin müavini Orucəli Hacıyev - Bildiyimiz kimi Azərbaycan qədim ölkədir və çox gözəl coğrafi mövqeyə malikdir. Bu baxımdan da daima qonşu dövlətlərin təcavüzünə məruz qalıb. Ən pisi də budur ki, bizim torpaqlarımızda yalançı “Ermənistan dövləti” yaratdılar. Xalqımızın qurub yaratdıqları evlərinə sahibləndilər. Dəfələrələ xalqımıza qarşı soyqırımlar törətdilər. Qocaları, qadınları, uşaqları acımadan vəhşiliklə öldürdülər. Bu haqsızlıqların hamısına dünya birlikləri göz yumurdular. Azərbaycan xalqının haqq səsini eşitmirdilər. Amma xalqımız, ordumuz və Ali Baş komandanımız bu ədalətsizliklərə göz yummadılar. 30 illik vətən həsrətinə son qoymağı qərara aldılar.

30 ildir danışıqlar prosesindən Erəmənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi. “Dağlıq Qarabağ”ın statusunun müəyyən edilməsi məsələsi arxivə getdi. “Dağlıq Qarabağ”da yeni erməni dövlətinin yaradılması planları pozuldu. Ermənistanın və onun havadarlarının işğala əsaslanan planları alt üst oldu. Regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yarandı. Nəticədə Azərbaycan vətəndaşlarının 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoyuldu. Müzəffər Ali Baş komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu canı, qanı bahasına Ermənistan ordusunun məğlub edilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı və Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Ermənistanın silahlı qüvvələri qısa müddət ərzində darmadağın edildi. Bundan sonra bir dövlət olaraq Ermənistana özünü bərpa etmək üçün illər lazım olacaq.

Qələbə Azərbaycanlılar haqqında “məğlub xalq” sindiromunu sındırdı, xalqın inamını özünə qaytardı. Prezident cənab İlham Əliyevin son 18 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olumasının ən başlıca səbəbidir. II Qarabağ müharibəsindən sonra Azərbaycan xalqı tarixdə qalib xalq kimi qalacaqdır.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər