Əhəd Abıyev: 27 Sentyabr - Anım Günü

Əhəd Abıyev: 27 Sentyabr - Anım Günü


Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev - Prezident İlham Əliyev 27 sentyabr- Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncamimzalamışdır. Bu addım şəhid ruhlarına, şəhidlərin doğmalarına alı ehtiramın göstəricisidir. Prezident İlham Əliyev hərbi sahədə olduğu kimi diplomatik və informasiya savaşı cəbhəsində də misilsiz rəşadət göstərmişdi. 44 günlükmüharibədə Ordumuzun qəhrəmanlığı, Ali Baş Komandanın qətiyyəti ermənilərin və havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndi. Bütün təzyiqlərə, yalvarışlara, təhdidlərə baxmayaraq Azərbaycan Qələbə qazandı və tarixi ədalət bərpa olundu.

Odlar yurdu, qəhrəmanlar diyarı Azərbaycan ta qədim zamanlardan bu günə qədər tarixin bir çox çətin sınaqları ilə üz- üzə qalmışdır. Əlverişli strateji mövqeyi, zəngin yeraltı və yerüstü sərvətləri ilə tanınan ölkəmiz daim yadelli qəsbkarların döyüş meydanına çevrilmiş, işğal hədəfi olmuşdur.

Tarixin ayrı-ayrı mərhələlərində öz varlığını, bütövlüyünü qorumaq uğrunda ən çətin mübarizələrdən keçən, dəhşətli hadisələrə məruz qalan Azərbaycan xalqı XX əsrin sonlarında başına gələn müsibətlərin ən böyüyünü yaşadı. Ötən əsrin 90- cı illəri Azərbaycan tarixinə ən qanlı səhifələr olaraq həkk olundu. Yurdumuzun dilbər guşələrindən biri, mədəniyyət və incəsənətimizin beşiyi sayılan Qarabağımız erməni terrorçuları tərəfindən işğal olundu. Yüz minlərlə soydaşımız öz yurd- yuvasından didərgin düşdü, minlərlə dinc əhali erməni hərbi təcavüzünün qurbanı oldu. Azğın erməni quldurlarının törətdiyi terror aktları nəticəsində yüzlərlə tarixi abidələrimiz məhv edildi. Qarabağın işğalı təkcə Azərbaycanın tarixində deyil, bütün dünya tarixində bir xalqın başına gətirilə biləcək ən dəhşətli, ən dözülməz faciə idi. Xalqımız bu faciənin acı təsirlərindən çox sarsıldı. Amma bütün bu məhrumiyyətlərə baxmayaraq, əsrlər boyu olduğu kimi, yenə də biz düşmən qarşısında əyilmədik.

Ulu öndər Heydər Əliyevin və onun davamçısı cənab prezidentimiz İlham Əliyevin yürütdüyü müdrik siyasət sayəsində ölkəmiz müstəqillik yolunda iti və qətiyyətli addımlarla irəliləməyə başladı. Ölkədə siyasi sabitlik bərpa edildi, iqtisadiyyatımız dirçəldi. İdman, mədəniyyət, təhsil və digər sahələrdə bir çox tədbirlər həyata keçirildi. Ordu quruculuğu istiqamətində də mühüm işlər görüldü. Orduda həm maddi – texniki bazanın gücləndirilməsi, həm də döyüş və mənəvi ruhun yüksəldilməsi qüdrətli Azərbaycan ordusunun inkişafına təkan verdi. Bununla yanaşı, dövlət başçımızın uğurlu xarici siyasəti də Azərbaycanın beynəlxalq nüfuzunun getdikcə artmasında böyük rol oynadı. Ölkəmizin inkişafı yolunda atılan bütün bu addımlar, əldə olunan uğurlar bir məqsədə, bir hədəfə – ərazi bütövlüyümüzün qorunması, torpaqlarımızın işğaldan azad olunması və tarixi ədalətin bərpa olunmasına istiqamətlənmişdi. Bu problemin həlli yolunda bir çox diplomatik addımlar atıldı. Ərazi bütövlüyümüz beynəlxalq təşkilatlar tərəfindən təsdiqləndi, erməni işğalının əsl mahiyyəti beynəlxalq ictimaiyyətə çatdırıldı. Məsələnin dəfələrlə sülh yolu və danışıqlarla həllinə nail olmaq istəsək də, ermənilər işğalçılıq planlarından əl çəkmədilər, tarixi həqiqəti təhrif etməyə çalışdılar. Beləliklə, Azərbaycan öz ərazi bütövlüyünü qorumaq və bərpa etmək üçün haqq səsini dünyaya çatdırdı. Ali Baş Komandanımız İlham Əliyevin uzaqgörən siyasəti və ordumuzun qəhrəmanlığı sayəsində əzəli və əbədi torpaqlarımız düşmən işğalından azad edildi. Qarabağın qara günləri geridə qaldı, haqq- ədalət öz yerini tapdı.

Bu şanlı zəfər bizə asan başa gəlmədi. 44 gün davam edən ağır döyüşlərdə xalqımız bir yandan cəbhədən gələn qələbə xəbərlərinə sevinir, bir yandan isə igid oğullarımızın itkisinə üzülürdü. Amma bu çətin günlərdə Azərbaycan xalqı yumruq kimi birləşərək öz haqq səsini bütün dünyaya çatdırmağa nail oldu və xalq- dövlət birliyi sayəsində haqlı mübarizəsində qalib oldu. Artıq üçrəngli bayrağımız Şuşada dalğalanır, Qarabağımız yenidən çiçəklənir. Bu zəfər müstəqil Azərbaycanımızın tarixində yeni bir başlanğıcın təməli oldu. Bu zəfəri bizə yaşadan şəhidlərimizə Allahdan rəhmət diləyirik! Yaşasın Azərbaycan!
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər