Azərbaycan Ordusunun anti-terror əməliyyatına hazırlığı barədə tapşırıqlar verilib

Azərbaycan Ordusunun anti-terror əməliyyatına hazırlığı barədə tapşırıqlar verilib


Azərbaycan Ordusunun təlimləri davam edir.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Növbəti mərhələdə Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev qoşun növlərinin komandanları, birlik komandirləri və müvafiq vəzifəli şəxslərin təlimlərin gedişi barədə maket üzərində məruzələrini dinləyib.

Təlimlərdə anti-terror əməliyyatları ilə bağlı qərar, qoşunların döyüş tapşırıqları və qarşılıqlı əlaqədə fəaliyyətlərinin təşkili dəqiqləşdirilib.

Məruzələr dinlənildikdən sonra ehtiyatların və mərkəzi tabelikdə olan qoşunların anti-terror əməliyyatına bilavasitə hazırlığı, yenidən qruplaşmanın keçirilməsi ilə əlaqədar müvafiq tapşırıqlar verilib.

Azərbaycan Ordusunun anti-terror əməliyyatına hazırlığı barədə tapşırıqlar verilibБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər