"Rusiya hökumətinin bunu etdiyinə inanmırıq, amma..."-Bayden

"Rusiya hökumətinin bunu etdiyinə inanmırıq, amma..."-Bayden


Rusiya hökumətinin “Colonial Pipeline” neft boru kəmərinə edilən kiberhücuma qarışmasına inanmırıq.
“Star” qəzeti xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden ölkəsinin ən böyük neft kəmərinə edilən kiberhücumdan danışarkən deyib. O, Rusiyanın əli olmasa da, hücumu təşkil edənlərin Rusiyada yaşadığını ehtimalı etdiklərini bildirib. Onun sözlərinə görə, buna inanmaq üçün əllərində kifayət qədər güclü əsaslar var.
“Colonial Pipeline”nın indiyə qədər heç vaxt fəaliyyətini dayandırmadığını diqqətə çatdıran Bayden həftəsonu gedişatın normala qayıtmasını gözlədiklərini deyib.

ABŞ prezidenti problemləri aradan qaldırmaq və qiymət artımlarının qarşısını almaq üçün tədbir gördüklərini söyləyib.
Qeyd edək ki, bundan əvvəl ABŞ-ın “Colonial Pipeline” neft boru kəmərinə kiberhücum olub.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər