İlham İsmayılov: Azərbaycan xalqının qələbəsinə qardaş Türkiyə xalqı ən az bizim qədər sevindi

İlham İsmayılov: Azərbaycan xalqının qələbəsinə qardaş Türkiyə xalqı ən az bizim qədər sevindi


Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov - Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətləri çox qədim tarixə malikdir. Dili və dini bir olan Azərbaycan və Türk xalqları daima bir-birinə dəstək olmuş, dar gündə bir-birinə arxa olmuşlar. Ulu Öndər bu iki qardaş xalqı “bir millət, iki dövlət” kimi qiymətləndirmişdir. Təsadüfi deyil ki, Türkiyə Cümhuriyyətinin qurucusu, müdrik şəxsiyyət Mustafa Kamal Atatürk Azərbaycanın kədərini özlərinin kədəri, sevincini isə öz sevincləri hesab etmişlər. Bu iki türk lideri hər iki dövlətin gələcək nəsillərinə əbədi olaraq bir mesaj qoymuşlar.

Tarixə nəzər salsaq, Türkiyənin həmişə xalqımıza mənəvi, siyasi, hərbi dəstək göstərdiyinin şahidi olarıq. 1918-ci il mart soyqırımını xatırlasaq, erməni-bolşevik birləşmələrinin xalqımıza qarşı növbəti qətliamı zamanı yenə də türk xalqının xalqımızın harayına çatmasının şahidi olarıq. Nuru paşa və Ənvər paşanın başçılığı ilə türk ordusu xalqımızın köməyinə yetişdi. Mənfur düşmənlərimizi layiq olduqları kimi cəzalandırdı.

1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Yenicə yaranmış dövlətimizi ilk tanıyan, onunla hərbi, iqtisadi əlaqələr quran məhz qardaş Türkiyə oldu.

Birinci Dünya müharibəsi zamanı Türkiyə öz istiqlaliyyəti uğrunda çətin mübarizə aparırdı. Mustafa Kamal Atatürkün rəhbərliyi ilə türk xalqı ölüm-dirim mübarizəsinə qalxmışdı. Bu zaman türk qardaşlarına azəri türkləri hər cür dəstəklərini nümayiş etdirdilər.

Böyük Ermənistan xülyası ilə yaşayan, zaman-zaman torpaqlarımızı havadarlarının köməyilə işğal edən erməni faşistləri Sovetlər Birliyinin dağılmasından istifadə edərək mənfur niyyətlərini həyata keçirməyə çalışırdılar. Birinci Qarabağ müharibəsində torpaqlarımızın 20 faizini işğal etdilər. Ümumilli liderimiz Heydər Əliyevin, onun layiqli davamçısı İlham Əliyevin uğurlu, iqtisadi, daxili və xarici siyasəti nəticəsində 28 ildən sonra Azərbaycan ərazi bütövlüyünə qovuşdu. Müzəffər, dünya standartlarına cavab verən Azərbaycan ordusu 44 günlük Vətən müharibəsində düşmənə layiqli dərs verdi. Bu müharibə ərzində Azərbaycan qardaş Türkiyənin mənəvi və siyasi dəstəyini daim hiss etdi və bu dostluqdan, qardaşlıqdan güc aldı, ilham aldı. Hər bir evin, binanın üzərini, meydanları, səngərləri Azərbaycan bayrağı ilə Türkiyə bayrağı bəzədi. Azərbaycan xalqının qələbəsinə qardaş Türkiyə xalqı ən az bizim qədər sevindi. Qələbə şərəfinə keçirilmiş zəfər paradında iki qardaş türk xalqının ordu birləşmələri, texnikası nümayiş etdirildi. Bu zəfər paradında iki qardaş dövlətin iki qardaş rəhbəri Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev böyük çoşqu və fərəhlə çıxış etdilər. Bu bütün türk dünyasına böyük fəxr idi. Bu Türkiyə-Azərbaycan əlaqələrinin daim yüksələn xətt üzrə inkişaf etdiyini sübut edir.

ABŞ-dakı erməni lobbisi 1915-ci ildə türklərin guya ermənilərə qarşı soyqırım həyata keçirmələrini sübut etməyə çalışırlar. Bununla ermənilər Türkiyəyə, türk dünyasına zərbə vurmaq istəyirlər. Lakin Azərbaycan xalqı və Azərbaycan rəhbərliyi Türkiyənin yanındadır və ona hər cür dəstəyə hazırdır.

Şəhidlər Xiyabanı - Müqəddəs ziyarətgahımız

İlham İsmayılov: Azərbaycan xalqının qələbəsinə qardaş Türkiyə xalqı ən az bizim qədər sevindi


Diqqət və qayğıya ehtiyac var

1990-cı ildən başlayaraq formalaşan, insanların müqəddəs ziyarətgahına çevrilən Şəhidlər Xiyabanı artıq böyük ərazini əhatə edir. Yaşından, cinsindən, milli mənsubiyyətindən asılı olmayaraq hər gün yüzlərlə insan bu məbədgaha, ziyarətgaha gəlir, Vətən uğrunda döyüşlərdə öz müqəddəs borclarını layiqincə yerinə yetirərək şəhid olmuş igidlərimizin məzarları önünə gül dəstələri qoyur, ruhlarına dualar oxudurlar. Əlbəttə, bunlar yaxşı əlamətdir, vətəndaşlıq borcudur. Vətən oğullarına göstərilən ehtiram və məhəbbətin təzahürüdür. Unutmaq lazım deyil ki, şəhidlər xiyabanının formalaşmasının özü xalqın istək və tələbinin sayəsində mümkün olmuşdur. Bu gün Mingəçevir Şəhidlər Xiyabanında ümumilikdə 258 nəfər igid oğullarımız uyuyur. Onlardan 205 nəfəri I Qarabağ müharibəsində, 4 nəfəri Aprel döyüşlərində, 49 nəfəri ikincivətən müharibəsi dövründə torpaqlarımızın azadlığı naminə sinələrini sipər edənlərdir. Bununla bərabər Şəhidlər Xiyabanında yerləşən “İtkinlər” kompleksində 106 nəfər vətən oğlunun xatirə lövhəsi vardır. Haqq sözdür, torpaq uğrunda ölən varsa, Vətəndir. Vətən igid oğulları ilə tanınar. Mingəçevir igidləri dəelədir, öz qəhrəmanlıqları ilə tanınır, seçilir, gələcək nəsillərimizə nümunədirlər. Biz onlarla fəxr edirik.
İstər birinci, istərsədə ikinci vətən müharibəsi dövründə şəhid olan qəhrəman oğullarımızın şücaəti ölkə rəhbərliyi tərəfindən layiqincə dəyərləndirilmiş, onlar ölümlərindən sonra fəxri adlara, Vətənin yüksək mükafatlarına layiq görülmüşlər. Hazırda Mingəçevirin Şəhidlər Xiyabanında dörd Milli Qəhrəman, yeddi “Azərbaycan Bayrağı” ordenli, onlarla müxtəlif medallarla təltif edilmiş şəhidlərimiz uyuyur. Onlar şəhər ictimaiyyəti və şəhər rəhbərliyinin iştirakı ilə Şəhidlər Xiyabanında dəfn olunmuşlar.
Böyük iftixar hissi ilə qeyd edirik ki, bu igidlər Vətən müharibəsi dövründə torpaqlarımızı əsarətdə saxlayan düşmənə sarsıdıcı zərbələr endirmiş, onu diz çökməyə məcbur etmişlər. Nəhayət 30 il düşmən əsarətində qalmış torpaqlarımız azad edilmişdir. Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə başlanan Vətən müharibəsi dövründə Azərbaycan ordusu44 gün ərzində zəfər qalibiyyətini qeyd etmişdir. Məhz dəmir yumruğun təsiri ilə işğal altında olan torpaqlarımız azad edilərək öz sahiblərinə qaytarılmış, ərazi bütövlüyümüz bərpa olunmuşdur. Vətən torpağı uğrunda müharibədə Şəhidlər Xiyabanında uyuyan igidlərimizin şücaəti dastanlara çevrilmişdir. Bu böyük iftixar hissidir. Belə igidlər böyüdən valideynlər hər cür alqışa layiqdirlər.
Son zamanlar Mingəçevir Şəhidlər Xiyabanının abadlaşdırılması, müasir memarlıq üslubunda qaydaya salınması istiqamətində bir sıra mühüm işlər görülür. Burada şəhər İcra Hakimiyyətinin vəsaiti hesabına şəhid qəbirlərinin üstü götürülmüş və ətrafında abadlıq işləri aparılmışdır. İşıqlanma dirəkləri qoyulmuş, xatirə bulağı yenilənmiş, xiyabanın girişində yenidənqurma işləri görülmüşdür. Bu gün bizim məqsədimiz şəhərimizin ən müqəddəs ziyarətgahı olan şəhidlərxiyabanımızı qorumaq, onun səliqə-səhmanına nəzarət etməkdir.
Ancaq bəzən burada görülən işlərdə təəssüfedici hallara rast gəlirik. Qəbirlərin ətrafına plakatlar yapışdırılır, bayraq dirəkləri qoyulur, bayraqlar asılır, qəbirlərin üstü müxtəlif formada güllərlə bəzədilir. Bildirmək istəyirik ki, söhbət Şəhidlər Xiyabanından gedirsə bu cür fərdi işlərə yol verilməməlidir. Bu fərdiliklərə yol verilməməsi üçün bir xahişimiz var. Gəlin müqəddəs ziyarətgahımız olan Şəhidlər Xiyabanımıza diqqəti artıraq, çalışaq ki, orada memarlıq qaydalarına uyğun işlər aparılsın, bir ziyarətgah kimi diqqətdə saxlanılsın və həmişə səliqə-səhmanlı olsun. Bu sahədə aidiyyəti qurumlar öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidirlər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin..

Sahib ƏLİYEV,
ŞİHB aparatının Vətən müharibəsi iştirakçıları
və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri

İlham İsmayılov: Azərbaycan xalqının qələbəsinə qardaş Türkiyə xalqı ən az bizim qədər sevindi
İlham İsmayılov: Azərbaycan xalqının qələbəsinə qardaş Türkiyə xalqı ən az bizim qədər sevindi


İcra başçısı Aprel şəhidlərinin ailələrini ziyarət edib

İlham İsmayılov: Azərbaycan xalqının qələbəsinə qardaş Türkiyə xalqı ən az bizim qədər sevindi


Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan Aprel döyüşlərindən 5 il ötür. Ermənistan silahlı qüvvələrinin intensiv təxribatlarına cavab olaraq başlanılan Aprel döyüşlərində qazandığımız qələbə dövlətimizin və ordumuzun qələbəsidir. Xalqımızın birliyinin, həmrəyliyinin, vətənpərvərliyinin qələbəsidir.

Mingəçevir şəhəri Aprel döyüşlərində 4 şəhid (Rahim Tağıyev, Rüstəm Əhmədov, Adil Adilzadə və Teymur Qasımov) verib. Bu günlərdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov növbəti dəfə aprel şəhidlərinin ailə üzvləri ilə görüşüb, onları ziyarət edib. Şəhid ailələri ilə görüşən icra başçısı bildirib ki, hər bir şəhid ailəsinə yüksək dövlət qayğısı davamlı xarakter daşıyır. Bununla bağlı Azərbaycan dövləti ardıcıl olaraq bu kateqoriyaya daxil olan insanların sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində sistemli tədbirlər həyata keçirir.

İlham İsmayılov: Azərbaycan xalqının qələbəsinə qardaş Türkiyə xalqı ən az bizim qədər sevindi
İlham İsmayılov: Azərbaycan xalqının qələbəsinə qardaş Türkiyə xalqı ən az bizim qədər sevindi


Şəhid ailələri bu görüşdən məmnun olduqlarını bildirib. Onlar dövlət dəstəyi ilə əhatə olunduqlarını vurğulayıblar.

Qeyd edək ki, Mingəçevirdəki Aprel şəhid ailələrindən iki ailə Gəncə şəhərində mənzillə təmin olunub. Digər iki ailənin yararsız mənzilləri isə yenidən tikilib.

İlham İsmayılov: Azərbaycan xalqının qələbəsinə qardaş Türkiyə xalqı ən az bizim qədər sevindi


Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı təcrübə keçəcək yeni könüllüləri qəbul etdi

İlham İsmayılov: Azərbaycan xalqının qələbəsinə qardaş Türkiyə xalqı ən az bizim qədər sevindi


Mingəçevir şəhər İcra Hakimiyyəti “Könüllülük fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq öz strukturlarında könüllülük fəaliyyətini daha da genişləndirir.
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə ”Dövlət Proqramı”nda və dövlət başçısının 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında dövlət orqanlarında gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsi qoyulmuşdur. Bu məqsədlə Mingəçevir şəhər İcra Hakimiyyəti, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əlaqələndirməklə ölkədə gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsinə başlamışdır.
Könüllülük fəaliyyətinə gənclər 2 ay müddətinə qoşularaq müxtəlif sosial bacarıqlarını göstərirlər. Bu gün Mingəçevir şəhər İcra Hakimiyyətinə növbəti təcrübə keçmək üçün 3 gənc qəbul edildi. Sosial məsafəni qorumaqla keçən tədbirdə İcra Hakimiyyətinin başçısı İlham İsmayılov könüllülərə bildirdi ki, bütün dünyada tüğyan edən COVİD-19 pandemiyası ilə mübarizə tədbirləri həyata keçir:” Biz çalışırıq ki, şəhər İcra Hakimiyyətinə aid olan səlahiyyətlər çərçivəsində fəaliyyət davam etdirilsin. Könüllülük fəaliyyətinin azərbaycanda artıq səmərəsi görünür.Yəni Könüllülük İnstitutunun yaranması əslində gənclərin gələcək həyata hazırlanması və peşəkar fəaliyyətdə bir vəsilədir”. İcra başçısı gənclərə onu da bildirib ki, Azərbaycanda geniş vüsət alan könüllülük hərəkatının əsası məhz ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, hazırda da bu ideologiya cənab Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Respublika ərazisində baş tutan bütün beynəlxalq tədbirlərdə, eləcə də dövlət orqanlarının gündəlik fəaliyyətində könüllülərin misilsiz xidmətlərinin olduğu vurğulanıb. Qeyd olunub ki, Könüllülər gündəlik iş proseslərində aktiv şəkildə iştirak edəcəklər”.
Daha sonra könüllülər çıxış edərək təcrübə müddətində bir çox biliklərə yiyələnəcklərini və gələcəkdə iş karyerasında əldə etdikləri təcrübədən yararlanacaqlarını bildiriblər.
Sonda icra başçısı gənclərə könüllülük fəaliyyətində uğurlar arzulayıb.

İlham İsmayılov: Azərbaycan xalqının qələbəsinə qardaş Türkiyə xalqı ən az bizim qədər sevindiİlham İsmayılov: Azərbaycan xalqının qələbəsinə qardaş Türkiyə xalqı ən az bizim qədər sevindi
İlham İsmayılov: Azərbaycan xalqının qələbəsinə qardaş Türkiyə xalqı ən az bizim qədər sevindi
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər